Ca. Sen 21st, 2023

admin

Salidə Şəmmədqızı (Şərifova): “Konfrans sevdası”

Konfrans sevdası

Hekayənin şüjetinin əsasını reallıqda baş vermis hadisə təşkil edir. Elnur Hasan Mikailın adı, kontaktları və məktubları dəyişdirilməmişdir.
Müəllif Salidə Şəmmədqızı (Şərifova)

Esmira vərəqlədiyi kitabı yerinə, yəni rəfə qoyaraq, masanın arxasında oturub yazı yazmaqla məşğul olan rəfiqəsindən soruşdu:
– Həcər, bizim Türkiyədə iştirak edəcəyimiz konfransın aqibəti necə oldu?
Esmiranın sualı Həcəri əsəbləşdirdi. Əlindəki qələmi masanın üzərinə atıb Esmiraya baxdı. Sonra başını bulayaraq suala sualla cavab verdi:
– Bilərəkdən edirsən?
Esmira qımışaraq başını buladı. Sonra asta səslə dedi:
– Yox…
Esmira susub Həcərə baxdı. Onun cavab verməyəcəyini görən Həcər dilləndi:
– Nahaq yerə yadıma saldın. Yadımdan çıxarmağa

Müəllimliyi ilə həmişə fəxr edən Nənəxanım Bayramova

Nənəxanım Vahid qızı Bayramova – 1 dekabr 1971-ci ildə qədim Borçalı mahalının ağır ellərindən olan Qoçulu kəndində – indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Çapala kəndində müəllim ailəsində dünyaya göz açıb.
Atası – Bayramov Vahid Abdı oğlu müəllim olmuşdur.
Anası Zina Cahangir qızı Bayramova da müəllimdir, hazırda yaşadığı kənddə müəllim işləyir.
Ailədə 5 uşaq olublar, 3 qardaş, iki bacı. hamsı təhsillidir və ailəlidir. Kiçik qardaşı anası ilə birlikdə yaşayır.
O, 1979-cu ildə öz doğma Qoçulu kəndindəki məktəbin I sinifinə daxil olub və 1989-cu ildə həmin Qoçulu orta məktəbini yaxşı qiymətlərlə bitirib.
Nənəxanım Bayramova lap uşaqlıqdan rəssamlığa böyük həvəs göstərir, gözəl rəsmlər çəkməyi bacarırdı. O, orta məktəbdə oxuduğu illər ərzində, məktəbdə nəinki sinif yoldaşlarından yaxşı mənada fərqlənirdi, hətta sinif yoldaşla

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ (2020-2021-ci illər materialları əsasında)

Salidə ŞƏRİFOVA
AMEA-nın professoru,
filologiya elmləri doktoru

AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ
(2020-2021-ci illər materialları əsasında)

2020-ci il Azərbaycan ədəbiyyat tarixçiliyində əsasən iki problemə diqqət yönəlmişdir. Bir tərəfdən, Azərbaycan ədəbiyyatının Türk xalqları ədəbi irsində mərkəzi yer tutmasının nəzəri əsaslandırılmasına aid tədqiqatlar fəal həyata keçirilmişdir. O biri tərəfdən, alimlər Azərbaycan ədəbiyyatının inkişafını fasiləsiz ədəbi proses olmasını əsaslandıran tədqiqatlara geniş yer ayırmışdılar. 2021-ci il Azərbaycan ədəbiyyat tarixçiliyi isə əsasən Azərbaycan ədəbi irsinin qorunması və digər xalqlar tərəfindən mənimsənilməsinə qarşı yönəlmiş tədbirlərlə çıxış etməsi d

Borçalı söhbətləri: “Borçalı ədəbi mühiti: dünən və bu gün”

Layihəmizin növbəti qonağı
tanınmış borçalışünas alim,
filologiya üzrə fəlsəfə doktoru,
Borçalı tarixinə, mədəniyyətinə,
ədəbiyyatına, toponimikasına dair
bir çox monoqrafik əsərlərin,
elmi məqalələrin,
ensiklopedik tədqiqatların müəllifi,
Borçalı əsilli ziyalı
Müşfiq Mədəd oğlu Çobanovdur (Borçalı).

Müşfiq Borçalı 1970-ci ildə Borçalının Darbaz kəndində görkəmli alim professor Mədəd Çobanovun ailəsində anadan olub. 1986-cı ildə Darbaz kənd orta məktəbini əla qiymətlərlə və Gürcüstan Təhsil Nazirliy

Gürcüstanın türk mənşəli etnotoponomləri: tarix, müasir vəziyyət və gələcək

AVCİYA-nın “BORÇALI SÖHBƏTLƏRİ” Layihəsi çərçivəsində professor Asif Hacılı
və Borçalı əsilli dilçi alim, filologiya üzrə fəlsəfə doktoru, Heydər Əliyev adına AAHM-in baş müəllimi
Hüsniyyə Mədəd qızı Çobanovanın Gürcüstanın türk mənşəli etnotoponomlərinin tarixi, müasir vəziyyəti və gələcəyinə həsr olunmuş mükaliməni təqdim edirik.

Asif Hacılı: Hüsniyyə xanım, Siz – Borçalının görkəmli alimi, pedaqoqu, ictimai xadimi Mədəd Çobanovun övladı və onun borçalışünaslıq elmi yolunu davam etdirən vətənpərvər alim, ziyalısınız. Eləcə də istedadlı borçalışünas alim Müşfiq Borçalının bacısısınız. Siz dissertasiyanızı həm elmi, həm milli, həm ictimai-tarixi baxımdan vacib mövzuya – Gürcüstandakı türk əsilli toponimlərə həsr etmisiniz. Yəqin ki, yurdumuzun dəyərli xanım ziyalısı, istedadlı alimi kimi, formalaşdığınız ailə və təhsil mühi

AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib
Daha sonra Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan videoçarx nümayiş etdirilib.
AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib
AzTU-nun rektoru Vilayət Vəliyev 30 il əvvəl erməni təcavüzkarlarının Xocalıda törətdiyi soyqırımından danışıb. Bildirib