Abbas Həsən oğlu Usubov (1907-1982)

UNUTSAQ, UNUDULARIQ!..
Tarixlərə yazılan Abbas kişi
Abbas Həsən oğlu Usubov – 1907-ci ildə
qədim Borçalı mahalının Başkeçid elində –
indiki Gürcüstanın indiki Dmanisi rayonundakı
Yuxarı Orzuman kəndində anadan olmuşdur.
Ailədə 6 uşaq olublar, ən kiçiyi Abbas olmuşdur.
Valideynləri maldarlq və əkinçiliklə məşğul olmuşdur.
Böyük qardaşları Məhərrəm və Hüseyn qoyunçuluqla məşğul olmuşdular.
O dövr təhsil problemi olduğu üçün Abbas çox çətinliklər çəkmişdir.
İbtidai məktəblərdə dərs almışdır. Buna baxmayaraq rus və gürcü dillərini öyrənmişdir.
Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Abbas Həsən oğlu təhsil almış və rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O, üç təsərrüfatı birləşdirən kolxoz yaratmışdır.
Abbas Usubov 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılmış, Tbilisi şəhərində siyasi rəhbər kursunu bitirmiş, ona leytenant rütbəsi verilmiş və o müharibəyə – ön cəbhəyə yollanmışdır. 3 il Leninqrad cəbhəsində vuruşmuş, dəfələrlə yaralanmışdır. O, müalicə aldıqdan sonra yenidən cəbhəyə getmişdir. Kerç yarmadasının azad edilməsində fəal iştirak etmişdir.
Bir neçə dəfə medallarla təltif olunmuşdur və 1945-ci il noyabrın 17-də II qrup müharibə əlili kimi kapitan rütbəsində ordudan təxris olunmuşdur.
Uzun müddət Başkeçid rayonunda hərbi komissarlıqda çalışmışdır.
El-obada el ağsaqqalı kimi böyük hörmət və nüfuz qazanmış Abbas Həsənoğlu həm də saz-söz vurğunu olmuş, özü də gözəl saz havaları ifaçısı kimi tanınmışdır.
Abbas Usubov 1982-ci ildə vəfat etmişdir.
Allah rəhmət eləsin.
ZiM.Az
.