TƏBRİK EDİRİK!..
Azərbaycanın ünlü şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi münasibəti ilə TÜRKSOY “Molla Pənah Vaqif” medalı təsis etmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Mahmud Allahmanlı “Təxəllüsü Vaqif, nəzmi dürəfşan” (Bakı, Ləman, 2017) monoqrafiyasına görə TÜRKSOY-un bu ali mükafatına layiq görülmüşdür.
Mükafatı dəyərli alimimizə 2017-ci il dekabrın 7-də TÜRKSOY-un baş katibi Düsen Kaseinov şəxsən təqdim etmişdir.
Biz də Vetenim.İnfo-nun yaradıcı heyəti adından
sevimli müəllimimiz – tanınmış ədəbiyyatşünas alim,
görkəmli folklorşünas, XVIII əsr Qarabağ ədəbi mühitinin,
M.P.Vaqif yaradıcılığının istedadlı tədqiqatçısı,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru,
filologiya elmləri doktoru Mahmud Allahmanlını
ürəkdən təbrik edir, öna uzun ömür, möhkəm cansağlığı və
elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Müşfiq BORÇALI,
Vetenim.İnfo