Gürcüstan prezidenti Giorgi Marqvelaşivili birdə namizəd olarsa, heçbir azərbaycanlı səs verməyəcək

Bugün, 26 fevral tarixində Gürcüstan prezidenti Giorgi Marqvelaşivili Marneuli mülki məşğulluq mərkəzində gənclərlə görüşdü.
Görüşdə gənc jurnalist Xəyyam İsayev, Xocalı soyqırımına diqqət çəkərək, orada prezidentə və görüş iştirakçılarına soyqırımla bağlı qısa məlumat verdi və prezidentdən xahiş etdi ki, ermənilər tərəfindən vəhşicəsinə, qətlə yetirilmş 613 nəfər Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edilsin. Lakin prezidenti G. Marqvelaşivili Qarabağ məsələsi Azərbaycan və Ermənistan arasında olan problemdir. Biz Gürcüstan dövləti olaraq, bu münaqişənin sülh yoluyla həlli tərəfdarıyıq diyə sükut təklifini qəbul etməyərək ayağa qalxmadı.
Prezidentin mövqeyi heçdə Gürcüstan hökumətinin və qardaş gürcü xalqının mövqeyi demək deyildir.
Neçə ildir ki, Xocalı soyqırımı ilə bağlı tədbirlərdə Gürcü qardaşlarımız bizimlə birlikdə iştirak ediblər. Hökumət Tiflisdə keçirilən mitinqlərə izin vermişdir.