TƏBRİK EDİRİK!.. Bu günlərdə dəyərli ziyalımız, tanınmış alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin rəis müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əflatun Həsənovun “Xərçəngsiz, infarktsız, insultsuz çox yaşa” adlı yeni kitabı işıqüzü görüb. Kitab haqqında ətraflı məlumatı yaxın zamanda dəyərli oxucularımızın diqqətinə çatdıracağıq. Xatırladaq ki, Əflatun […]
2017-ci il Mayın 10-da Azərbaycanın Gürcüstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə tanınmış jurnalist, «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri, Azərbaycan və Gürcüstan Jurnalistlər Birliklərinin üzvü, Gürcüstanın “Şərəf” və “Şöhrət” ordeni kavaleri Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı keçirilib. Bildirilib ki, Tbilisidə xalqımızın […]
Azərbaycan Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyevi 70 illik yubileyi münasibəti ilə fəxri diplomla təltif edib, ona təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda bildirilir ki, 100 yaşına doğru inamla addımlamaqda olan “Gürcüstan” qəzeti Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələri əhatə edən əlaqələrin dərinləşməsində, yeni çalarlarla zənginləşməsində müstəsna rola və ənənələrə malik mətbuat orqanıdır. Müxtəlif […]
“Ziya” qəzetinin və ZiM.Az və “Vetenim.info” saytlarının Baş redaktoru, tanınmış jurnalist və istedadlı tədqiqatçı-filoloq MÜŞFİQ BORÇALInın 1995-ci ildə Bakıda işıqüzü görmüş “M.P.VAQİF VƏ GÜRCÜSTAN” adlı kitabının yenidən işlənmiş və əlavələr olunmuş ikinci nəşri bu günlərdə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. (Müşfiq Borçalı. M.P.Vaqif və Gürcüstan. Bakı, “Borçalı”, 2017, 172 […]
Son vaxtlar Borçalı Birliyində növbəti gərginliklər ortaya çıxıb. Birliyin bəzi üzvləri mətbuat orqanlarında bir-birini ittham etməkdən çəkinmirlər. Bəs, bu informasiya mübarizəsinin arxasında nə dayanır. Birliyin mətbuat xidmətinin sədri Arzuman Nəbiyevin Ovqat.com-a müsahibəsi də elə bu mövzu ətrafında olub… Aşağıda həmin müsahibəni ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik… -“Borçalı” İctimai Birliyində nə baş verir? […]
Borçalı gəncliyinə Müraciət Əziz dostlar! Bu günlər Borçalı adı və “Borçalı” İB üzərindən gedən mətbu-virtual yazışma və əsəbi mübahisələr ağsaqqalları, ziyalıları, gəncləri ciddi narahat edir. Haqlı narahatılıqdır. Əslində nələr baş verir və yurddaşlar arasında bölünməyən nədir? Yersiz ədavətin kökündə nə dayanır? Bu suallara cavab tapılmasa, dolandırıcı ambisiyalar durduqca, canlanma, oyanış olmayacaq, kinli mübahisələr də səngiməyəcək. Bir-birini haralarasa […]
Elvin Arif oğlu Nəbizadə – 1986-cı ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayoyundakı Darvaz kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Elə həmin vaxtdan da Bakıda metronun “Xətai” stansiyasının yaxınlığında şəxsi emalatxanasını açıb. Əsərlərində xalq yaradıcılığına xüsusi önəm verir. Bir çox yerli və xarici sərgilərdə iştirak edib. Hazırda isə Elvin […]
Borçalı Gənclər Birliyi (BGB) cəbhədə baş verən qarşı durmalardan, düşmənin hiyləgərcəsinə atdıgı addımlardan, separatçı rejimin dinc insanları hədəfə almağından öz narahatlığnı bildirir. Əsgərlərmizin ayığ-sayığlığı nəticəsində düşmənin aldığı ağır və sarsıdıcı zərbə bir daha göstərdi ki, Azərbaycan ordusu daha güclü və peşəkardır. Ali Baş Komandan İlham Əliyev Cənabları nə zaman əmr verərsə, biz Borçalı Gənclər […]
Bu gün – 2017-ci il fevralın 11-də Gürcüstan parlamentinin Marneulidən seçilmiş majoritar deputatları Ruslan Hacıyev və Tamaz Naveriani Marneulidə 11 Fevral – “Beynalxalq qadın və qızların elmdə iştirakı günü” ilə əlaqədar olaraq şəhərin fəal qadınları və gənc qızları ilə görüş keçiriblər. Marneulidən AMM-in Gənclər təşkilatının sədri Nərgiz Əliyeva ZiM.Az-a bildirib ki, şəhərin tanınmış qadın […]