Professor və beynəlxalq konfliktlər üzrəs siyasi ekspert Emilia Alaverdova Xocalı ayı çərçivəsində keçirilən aksiyalarla bağlı saytımıza açıqlama verdi.
Mən Xocalı soyqırımı ilə bağlı , “Justice for Kojhalı” adı altında keçirilən aksiyaları başa düşmürəm.
Ümumiyyətlə, bu aksiyaları keçirənlər justice sözünün mənasını başa düşürlərmi və justice-yi kimdən istəyirlər? Gürcü ictimaiyyətindən? Gürcü ictimaiyyəti neynəməlidir? Azərbaycanlıların əvəzinə qisas almalıdır?
Təbii ki, dünyada tanınmış bir ekspert kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm və Xocalı faciəsinidə və ümumiyyətlə, konflikt zamanı həlak olmuş insanlara üzülürəm.
Faciə ilə bağlı mən deputat Savalan Mirzəyevin çıxışını çox bəyəndim o, düzgün vurğuladı ki, Xocalı faciəsi ümumi olaraq, Qafqazın problemidir və bu faciənin əsl səbəkarınının kim olduğunu da açıladı. Problemi də obyektiv olaraq parlamentdə danışdı və bəziləri kimi çıxıb küçələrdə justice istəyək demədi.
Qaldı ki, keçirilən aksiyalara. Mən başa düşürəm ki, bunu lobbiçilik kimi edirlər və faciəni tanıtmağa çalışırlar. Ancaq mənim fikirimcə, bu düzgün aparılan lobbi deyil və lobbiçiliyi yürüdən təşkilatların nümayəndələri buradakı Azərbaycanlı gənclərə lobbiliçilik adı altında ermənilərə qarşı aqressiya aşılayırlar. Ancaq daha yaxşı olar ki, onlar bu gəncliyi aqressiya əvəzinə inkişafa və təhsilə yönəltsinlər, hansı ki, mən bir azərbaycanlı və Gürcüstan vətəndaşı olaraq, düşünürəm ki, buna çox ehtiyacımız var. Ancaq onu da qeyd edim ki, digər təşkilatlardan fərqli olaraq, Marneuli Gənclər Mərkəzi sırf bu məsələlər üzrə çox effektiv işləyir, nəinki Marneulinin ümumi Region gənclərinin inkişafı və təhsili üçün çalışır. Şəxsən mən Emin Əhmədovun adını çəkə bilərəm və gördüyü işlərə görə bir Azərbaycanlı kimi ona da minnətdarlığımı bildirirəm, çünki o, gənclərə aqressiya əvəzinə tollerantlıq, daha yaxşı cəmiyyət olmağı, aktivlik və savadlı olmağı örgədir. Digər təşkilatlar və təşkilatların sədrləri və nümayəndələri ondan örnək götürsələr, bax o zaman biz inkişaf edib irəli getməyi bacaracağıq. Yoxsa ki, əlimizə plakat alaraq, aksiya edib nəsə etməklə heç kimə və heç nəyə xeyrimiz olmayacaq, yoxdur da, nə də ki, neçə ildir ortada bu aksiyaların bir nəticəsi də yoxdur. Bunlar nə etməyə çalışır aksiya ilə? Biz Gürcü ictimayyətinə gedib bzim əvəzimizə Qarabağımı almağı tələb edirik?..