Skip to content
Menu
BORCALİ.ORG
  • Başlanğıc
  • Borçalı
    • Ağbulaq
    • Başkeçid
    • Barmaksız – Zalqa
    • Bolus
    • Borçalı
    • Qarayazı
    • Qaraçop
    • Darvaz
  • Gürcüstan
    • Batum
    • Kaspi
    • Misxeta
    • Qabal
    • Qaracalar
  • Borçalı cəmiyyəti
    • Nizamnamə
    • Yaranma tarixi
    • Struktur
    • Rəhbərlik
    • İdarə Heyəti
    • Ağsaqqal Şurası
    • Qadınlar Şurası
    • Gənclər Şurası
    • Nəzarət Təftiş Komissiyası
    • Fəaliyyətimiz
    • Nəşrlərimiz
    • Tədbirlərimiz
  • Azərbaycan
  • Arxiv
    • ASKEF
    • KUMİR
    • SEYMUR TEYMURLU yazır:
    • “Gündəlik-Gürcüstan”
BORCALİ.ORG BORCALİ.ORG

Bu Günün Tarixi

Posted on 27 Fevral 201726 Fevral 2017

   Bu Günün Tarixi 27.2.2017-cı il.

İmperatriçə Atenais Odoksiya Konstantinoplda (indiki İstanbul) ali təhsilin təşkili barədə fərman vermişdir. Bu hadisə 425-ci ilin bu günü baş vermişdir.

1617-ci ilin 27 fevralında Rus-İsveç müharibəsi rusların qələbəsi ilə başa çatıb.

27 fevral 1626-ci ildə Kardinal Rişelye Fransada duelləri qadağan edən qərar verib.

1700-cü ilin 27 fevralında İngilis dənizçisi Villiam Dampier Sakit okeanın cənub-qərbində yerləşən Yeni-Britaniya adasını kəşf edib.

27 fevral 1794-cü ildə  Avstriya və Rusiya imperiyaları Aralıq dənizində yerləşən Venesiyanın bölüşdürülməsi haqqında razılığa gəliblər.

27 fevral 1800-cü ildə İtalyan fizik Alessandro Volta elektrik batareyasını icad edib.

Aleksandr Puşkinin “Yevgeniy Onegin” romanının ilk fəsli nəşr olunub. Bu hadisə 1825-ci ilin 27 fevralında baş verib.

Amerika yazıçısı, 1962-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçılarından biri Con Steynbek 27 fevral 1902-ci ildə anadan olmuşdur.

1905-ci ilin bu günü Rus yazıçısı Maksim Qorki Riqaya sürgün edilib.

Tibb sahəsində Nobel mükafatı laureatı rus fizioloqu İvan Pavlov 1936-cı ilin bu günü  vəfat etmişdir.

27 fevral 1939-cu ildə Leninin arvadı Nadejda Krupskaya vəfat edib.

1943-ci ilin 27 fevralında ABŞ-ın Montana ştatında bir mədəndə baş verən partlayışda 74 nəfər həlak olub.

1952-ci ilin 27 fevralında BMT-ninn Nyu-Yorkdakı yeni binasında ilk iclası keçirilib.

1988-ci ilin bu günü İran və İraq arasında “şəhərlərin müharibəsi” yenidən başlayıb.

Ermənilər Sumqayıt şəhərində iğtişaş törədib. Bu hadisə 1988-ci ilin bu günü baş vermişdir.

Baxılıb: 103

AXTAR

©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes