Marneuli Bələdiyyəsinin Tserakvi Ərazi Vahidliyində 2016 cı ildə müxtəlif miqyaslı infrastruktur layihə həyata keçirildi. 2016 cı ildə “Kəndə Dəstək Proqramı” çərçivəsində Tserakvi kəndində küçə işıqları sistemi çəkildi.
Bundan əlavə yol infrastruktur layihəsi çərçivəsində Canxoş kəndində yola çınqıl səpildi.
Sözü gedən proqram çərçivəsində qənaət olunan məbləğ ilə 2017 ci ilin yanvar ayında Tserakvi kəndində idman üçün lazımi avadanlıq alındı. Sion kəndində isə mərasimlər evinə konstruksiyalar alındı.
Marneuli Bələdiyyəsinin yerli büdcəsi və Bölgələrdə Həyata Keçiriləsi Layihələr Fondu ilə həyata keçirilən layihələrə gəldikdə isə Sion kəndində mədəniyyət evinin binası təmir olundu, bu isə 24 285lariyə başa gəldi.
Tserakvi Ərazi Vahidliyində həyata keçirilən miqyaslı layihələrdən biridə Tserakvi kəndinə gedən yol və Sioni kəndinin daxili yollarının təmirinin birinci mərhələsinin sona çatmasını qeyd etmək olar. Yol təmirinin birinci mərhələsində sözü gedən yollara dəmir-beton səthi çəkildi. İnfrastruktur layihənin dəyəri 199 777larini təşkil edir. Yerli büdcədən isə bunun üçün 98 200lari ayrılıb.