İcra Hakimiyyətində “Marneuli Bələdiyyəsində tullantıların emalı müəssisəsinin inşaası və istismarının ətraf mühitə təsirini dəyərləndirən hesabatı”n ictimai müzakirəsi təşkil olundu.
Görüşdə Yerli Özünüidarəetmənin, Qeyri Hökumət Təşkilatlarının, Mətbuat vasitələrinin nümayəndələri, MMC “Gürcüstanın bərk tullantıların idarəsi şirkəti”nin rəhbərləri və mövzu ilə maraqlanan digər şəxslər də iştirak edirdilər.
Tullantı qabları layihəsi Kvemo Kartlinin beş bələdiyyəsində-Marneuli, Dmanisi, Bolnisi, Ağbulaq və Tsalkada Avropa standartlarına müvafiq olan bölgə tullantılar müəssisəsinin inşaasını və eyni bələdiyyələrdə tullantıların toplanması və idarəsi prosesini daha da mükəmməlləşdirməyi nəzərdə tutur.
Tullantıların emalı müəssisəsinn inşaası Marneuli Bələdiyyəsində, daha dəqiq desək, Yağılca ərazisində planlaşdırılır.
Bərk məişət tullantılarının poliqonların idarə edilməsi məsələsi Gürcüstanın milli, bölgə və yerli səviyyədə mühüm məsələdir.
Gürcüstan Hökuməti bərk məişət tullantılarının idarəsi məsələsini ağır problem kimi görür və bu məqsəd ilə mövcud sistemin reformasına başlandı
Layihə Avropa Rekonstruksiya və İnkşaf Bankı (EBRD) və Gürcüstanın İnkşaf və İnfrastruktura Nazirliyinin dəstəyi ilə həyata keçirilir.