“Uşaq, ailə, cəmiyyət” təşkilatının təşəbbüsü ilə Gürcüstan texnoloji parkında valideyn hərəkatının iyirmi illik yubileyi qeyd olundu.
Yubileyi qeyd etmək də məqsəd valideyn hərəkatının keçdiyi yol və gələcək planlar barədə cəmiyyət qarşısında ətraflı hesabat vermək idi.
Yubiley tədbirinə Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin üzvləri, Yerli Hakimiyyət nümayəndələri, qeyri hökumət təşkilatları və s. qonaqlar dəvvət olunmuşdu.
Sözü gedən tədbirdə çıxışı zaman Marneuli Bələdiyyəsinin İcra Başçısı təşkilatın nümayəndələrinə dəvvət üçün təşəkkürünü bildirdi. Hərəkatın üzvlərini yubiley münasibəti ilə təbrik edərək “Uşaq, ailə, cəmiyyət” təşkilatı ilə qarşılıqlı əməkdaşlıqla həyata keçirilən mühüm tədbirlərdən söz açdı.
İcra Başçısı Özünüidarəetmənin adı ilə təşkilatın yaradıcılarına rayonda həyata keçirdikləri işlər üçün təşəkkürnamə təqdim edərək, uğurlar arzu etdi.
Fiziki məhdudiyyətli uşaqların valideynləri hərəkatına dəstək olduğu və işlərində göstərdiyi xüsusi köməyə görə Marneuli Bələdiyyəsinin İcra Başçısıda Merab Topçişviliyə və digər hörmətli qonaqlara təşəkkürnamə təqdim olundu.
Tədbirin sonunda, təşkilatın üzvləri birlikdə valideynlər hərəkatının himnini oxuyaraq, bayram tortunu kəsdilər.