16 fevral tarixində Marneuli şəhərində 2017 ci il gənclər arasında boks üzrə Gürcüstan çempionatına start verilib. Bu tədbirə Marneuli rayonu ev sahibliyi edir. İdman tədbiri şəhərin “Ata Holdinq” idman konpleksində təşkil olunub. Yarışlara 19 fevral tarixində yekun vurulacaq. Çempionat Gürcüstan Milli Boks Federasiyasının bayrağı altında keçirilir. İdman yarışında Gürcüstanın müxtəlif şəhərlərinin boks üzrə yığmaları iştirak edir.
Qeyd edək ki, I, II və III yerləri tutan idmançılar müvafiq diplomlar, medallar və mükafat ilə təltif olunacaqlar.