Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Gürcüstanın ədliyyə naziri ana oldu

Posted on 19 Mart 201709 Fevral 2018

Gürcüstanın ədliyyə naziri Tea Tsulukianinin qız övladı dünyaya gəlib. Körpəyə Mariam adı qoyulub.

Tsulukiani dünəndən iki aylıq analıq məzuniyyətinə çıxıb. Onun səlahiyyətlərini nazir müavini Georgi Baramidze icra edəcək.

Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani 2016-cı ilin dekabrında ailə həyatı qurub. Tsulukianinin həyat yoldaşı Ədliyyə Tədris Mərkəzinin direktoru vəzifəsini tutmuş Nuqzar Kakuliyadır.

Tea Tsulukiani 2012-ci ilin oktyabrından Gürcüstanın ədliyyə naziridir.

Post Views: 7
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes