Skip to content
Menu
BORCALİ.ORG
BORCALİ.ORG

Osetiyada güclü zəlzələ oldu

Posted on 14 Mart 201709 Fevral 2018

Gürcüstanın Cənubi Osetiya bölgəsində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar 40 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində itki və ya dağıntıların olmadığı bildirilir. Zəlzələ az hiss olunub.

Qeyd edək ki, Cənubi Osetiya seysmik fəal bölgədə yerləşir. Burada 1991 və 2009-cu illərdə dağıdıcı zəlzələlər baş verib.

Post Views: 6
©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes