Gürcüstan parlamenti deputat Manana Kobaxidzeyi Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə seçdi.
Plenar iclasda Manana Kobaxidzenin Konstitusiya Məhkəməsinin üzvü olaraq seçilməsini və onun vaxtından əvvəl parlament üzvlük səlahiyyətinin dayandırılması üçün səs vermə prosesi keçirildi və 101 deputat müsbət, 10 isə, mənfi səs verdi.
“Manana Kobaxidze artıq Konstitusiya Məhkəməsinin üzvüdür. Onu təbrik edirik və yeni vəzifəsində müvəffəqiyyətlər arzulayırıq! – bəyan etdi parlamentin sədri İrakli Kobaxidze.