“Milli Hərəkat Partiyasından” ayrılan siyasətçilərin yaratdığı yeni “Avropalı Gürcüstan” adlı partiya, Gürcüstanın Energetika Naziri Kaxa Kaladzeyə parlamentə gedib, onlarla görüş keçirmək üçün bir həftə vaxt verib.
Partiya üzvləri, Kaxa Kaladzeyə “Qazpromla” Gürcüstan arasında qoyulan müqavilə haqqında konkret suallar vermək istəyirlər.
Görüş tələbi ilə, partiya üzvləri Energetika Nazirinə daha əvvəl də müraciət etmişdilər.
Energetika Naziri onlarla görüşməsə, partiya üzvləri etiraz aksiyaları keçirməyi planlaşdırırlar.