Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze, Fransaya səfəri zamanı, oralı həmkarı Jan Mark Erom ilə görüşdü.
Jan Mark Erom Mixeil Canelidzeyi Avropa Parlamenti tırıfindən verilən qərar ilə təbrik etdi və qeyd etdi ki, Gürcüstan ilə vizaliberalizasiya prosesi yaxında mütləq başa çatacaq.
Görüş zamanı, söhbət həmçinin turizm, energetika, infrastruktura və kənd təsərrüfatı sahələrində Fransa investorlarının Gürcüstanda həyata keçirdikləri layihələrin böyük əhəmiyyətinə toxundu.
Fransadan sonra, Mixeil Canelidze işguzar səfərlə ABŞ-a gedəcək və prezidentin yeni administrasiyası ilə tanış olacaq.