“İctimai kanalda başlayan reorqanizasiya prosesində əməkdaşların müvəqqəti olaraq, kütləvi şəkildə işdən çıxardılması nəzərdə tutulur, lakin bir neçə aydan sonra, verlişlərin çoxu yenidən efirə qaytarılacaq, – bu barədə məlumatı İctimai Yayımçının baş direktorunun məsləhətçisi İa Antadze verdi.
İa Antadzenin dediyinə görə, İctimai Yayımçıda işdən qəsdlə çıxardılacaq şəxslərin siyahısı yoxdur, sadəcə olaraq, kanalda müəyyən dəyişikliklər baş verəcək və bəzi verlişlər efirdən qaldırılacaq və bir çox insanın işdən azad edilmə ehtimalı böyükdür.