Gürcüstanın Mərkəzi İqtidarından razılıq almadan, okupasiya altında olan regionların adının dəyişdirilməsi, Gürcüstan hökümətinin suverenliyini pozmağa və anneksiyaya doğru addımdır, – bu barədə bəyanatı Gürcüstan Prezidenti, işğal altında olan Tsxinvalidə aprelin 9-üçün təyin edilən plebissitə cavab olaraq, yayır.
“Rusiya Federasiyasına müraciət edirik ki, Gürcüstanın işğal altında olan ərazilərinin deokupsiyası üçün real addımlar qoysun və üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirsin. Həmçinin, beynəlxalq dostluğa müraciət edirik ki, Gürcüstanın ərazi bütövlüyünün belə qəddar formada pozulmasının qarşısı alınsın – deyilir prezidentin bəyantında.
Sxinvali marionet rejiminin lideri Leonid Tibilov qondarma Cənubi Osetiyanın adının dəyişdirilməsi üçün plebissit keçirəcək. Ria Novortinin yaydığı məlumata görə, plebissit, prezident seçkiləri keçirilən günə – 2017-ci ilin aprelin 9-na təyin edilib.