“Şahin adına türk məktəbi müəyyən qanun tələblərini qane edə bilmədi. Hərkəs əmin ola bilər ki, gürcü, türk və ya fransız məktəblərini eyni şəkildə yoxlayırlar və müəyyən tələblərə uyğun olmayan məktəb, fəaliyyətini dayandırmalı olur” – bu barədə bəyanatı Təhsil Naziri Aleksndre Cecelava Şahin adına məktəb-litseyin avtorizasiyasının dayandırılması ilə bağlı verdi.
Təhsil Naziri konkret olaraq, məktəbin hansı tələbləri qane etmədiyini demədi. Onun dediyinə görə, Gürcüstanın Təhsil Nazirliyinin olduqca yüksək və ciddi standartları var, hansıların binadaki inventara və sənədlərə də aidiyyatı var.
“Şahin məktəbindəki sənədlər də gərəkdiyi səviyyədə deyildi” – dedi nazir.
„Rəsmi sənədin təqdim edilməsinə qədər, məktəb fəaliyyətinə davam edəcək. Bu qərarı məktəb direktorunun özü verdi. Şahin məktəbində təhsil alan uşaqlar təhsilsiz qalmayacaqlar və mütləq başqa məktəblərə təyin ediləcəklər, – qeyd etdi təhsil naziri.
Təhsil Naziri xalq müdafiəçisinin: “qonşu ölkələrdə baş verən siyasi proses, Gürcüstandaki təhsil müəssisələrinə təsir göstərməməlidir” deyə bəyanatına cavab olaraq bildirdi ki, xalq müdafiyəçisinin bu mövqeyi ilə razıdır.
“Heç bir ölkədəki siyasi proses,Gürcüstandaki təhsil prosesinə və təhsil müəssisələrinə təsir göstərmir” – dedi Aleksandre Cecelava.
Təhsil Səviyyəsinin Milli İnkişaf Agentliyinin yaydığı məlumata görə, avtorizasiya şurası Şahin adına məktəb-liseyin avtorizasiyasını fevralın 3-də dayandırdı.
Məktəbin direktoru Elquca Davitadze avtorizasiyanın dayandırılmasını siyasi proseslərə bağlayır və bəyan edir ki, Şahin adına məktəbin bağlanması Türkiyə siyasətinin bir hissəsidir.