İctimai Yayımçının yeni baş direktoru Vasil Mağlaperidze, yayımçının üç illik inkişaf proqramının planını təqdim etdi.
Vasil Mağlaperidzenin dediyinə görə, bu televiziya, indiyə qədər kimlər üçünsə “karmuşkaydı”.
Bu barədə bəyanatı Vasil Mağlaperidze bugün, televiziyanın inkişaf proqramının təqdimatı üçün keçirdiyi mətbuat konfransında verdi.
Mağlaperidze indiyə qədər televiziya büdcəsinin qeyri-efektiv xərclənməsindən də söz etdi. Onun dediyinə görə, əgər pul vəsaitlərinin xərclənməsində cinayət izləri aşkarlansa, o müvafiq idarələrə müraciət edəcək.