Ça. Mar 28th, 2023

Avropa İttifaqı Gürcüstanda altı yeni layihə həyata keçirəcək

Avropa İttifaqı Gürcüstanda altı yeni layihə həyata keçirəcək.

Bu layihələr əsasən, cəza icrası sahəsinə aiddir. Daha doğrusu, məhkumların və sabiq məhkumların cəmiyyətə inteqrasiyasını, onlara psixoloji yardım və resosiyalizasiyasını nəzərdə tutur.

Layihələrdə böyük diqqət sosiyal cəhəddən müdafiəsiz qruplara verildi.

Layihələrin planını altı qeyri-hökümət təşkilatı tərtib edib və onların tam dəyəri 11 milyon lari təşkil edir.

Layihələr Avropa İttifaqı və Gürcüstan arasında qoyulan çərçivə-müqaviləsi daxilində həyata keçirilir.