Şb. Fev 4th, 2023

Bu Günün Tarixi 26.1.2017-cı il.

İngiltərə kralı III Eduard 1340-cı ilin 26 yanvarında Fransa kralı  elan edildi.

1531-ci ildə yanvarın 26-sında Portuqaliyanın Lissabon şəhərində baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu.

Miçiqan ABŞ-ın 26-cı ştatı elan edildi. Bu hadisə 1837-ci ilin bu günü baş vermişdir.

1860-cı ilin bu günü Amerikada vətəndaş müharibəsində Virciniya yenidən ştatlat birliyinə qoşuldu.

Azərbaycan Respublikasının Xalq artisti, professor, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, təcrübəli pedaqoq, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Musa Abdulla oğlu Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olmuşdur.

Hind dili 1965-ci ilin yanvarın 26-sında Hindistanın rəsmi dili kimi qəbul edildi.

1980-ci ilin bu günü  İsrail və Misir dövlətləri arasında diplomatik əlaqələr yaradıldı.