Şb. Fev 4th, 2023

Bu Günün Tarixi 24.1.2017-cı il.

1909-cu ilin 24 yanvarında Katolik kilsəsi 1431-ci ildə yandırılmış fransız qızı Janna Darkı müqəddəs elan edib.

24 yanvar 1924-cu ildə Petroqradın adı dəyişdirilərək Leninqrad adlandırılmışdır.

Azərbaycan Rus Dram teatrında Səməd Vurğunun “Vaqif” dramının ilk tamaşası 1940-cı ilin bu günü olub.

2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı general-mayor Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. O, Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olmuşdur. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır.

24 yanvar 1946-cı ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) təsis edilib.

1978-ci ilin 24 yanvarında SSRİ-nin nüvə reaktorlu kosmik raketi “Kosmos 954” okeana düşüb. Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi.

“Apple” şirkəti “siçan”la idarə olunan ilk kompüteri 24 yanvar 1984-cü ildə bazara çıxarıb.

1990-cı ilin bu günü Əbdürrəhman Vəzirov ölkəni tərk etdikdən sonra Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi təyin edilib.

24 yanvar 1992-ci ildə Ukrayna Azərbaycana nota verərək diplomatik münasibətlər qurmaq niyyətini bildirib. Azərbaycan 6 fevralda notaya müsbət cavab verib.

Türk jurnalist Uğur Mumçu 1993-cü ilin bu günü qətlə yetirilib.

Türkiyənin ilk rabitə peyki “TÜRKSAT 1” orbitə çıxarılandan 12 dəqiqə sonra Atlantik okeana düşüb. Bu hadisə 1994-cü ilin bu günü baş verib.

2011-ci ilin 24 yanvarında Rusiyanın paytaxtı Moskvada yerləşən Domodedovo hava limanında bombalı kamikadze terror aktı törətmişdir. Nəticədə, 35 nəfər həyatını itirmiş, 120 nəfər isə yaralanmışdır.