Şb. Fev 4th, 2023

Bu Günün Tarixi 23.1.2017-cı il.

1556-ci ilin 23 yanvarında Çində baş vermiş zəlzələ 850 mindən çox insanın həyatına son qoyub.

23 yanvar 1792-cu ildə Qənd və kofe qıtlığı Fransa paytaxtında kütləvi iğtişaşlarla səbəb olmuşdur.

Amerikalı həkim Elizabet Blakvel 1849-cu ilin bu günü Qərb Yarımkürəsində doktorluq müdafiə etmiş ilk qadın kimi tarixə düşmüşdür.

1912-ci ilin bu günü Haaqada “Beynəlxalq opium Konvensiyası” imzalanıb. Bu, narkotik maddələrin istifadəsini tənzimləyən ilk sənəd olub.

23 yanvar 1920-ci ildə Rusiyanın xarici işlər naziri G.V. Çiçerin ikinci notasında yenidən Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı: “Biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq”. Fətəli xan Xoyski fevralın 1-də Çiçerinə Azərbaycan hökumətinin rəsmi fikrini bildirib və onun təklifini rədd edib.

1950-ci ilin 23 yanvarında Knesset (İsrail parlamenti) Tel Əvivi İsrailin paytaxtı elan edib.

“Triest” batiskafı dünyanın ən dərin nöqtəsinə 1960-cı ilin bu günü enib. O dövrün nəticələrinə görə dərinlik 11 020 metr olub.

Fransada kilsə ölüm hökmünün ləğvinə 23 yanvar 1978-ci ildə razılıq verib.

Məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri Salvador Dali  23 yanvar 1989-cu ildə öz teatr-muzeyində çox sevdiyi “Tristan və İzolda” operasını (Rixard Vaqner) dinləyərkən ürək çatışmazlığından vəfat etmişdir.

Macarıstandakı Sovet hərbi hissələri 1990-cı ilin bu günü çıxarılıb.