Skip to content
Menu
BORCALİ.ORG
  • Başlanğıc
  • Borçalı
    • Ağbulaq
    • Başkeçid
    • Barmaksız – Zalqa
    • Bolus
    • Borçalı
    • Qarayazı
    • Qaraçop
    • Darvaz
  • Gürcüstan
    • Batum
    • Kaspi
    • Misxeta
    • Qabal
    • Qaracalar
  • Borçalı cəmiyyəti
    • Nizamnamə
    • Yaranma tarixi
    • Struktur
    • Rəhbərlik
    • İdarə Heyəti
    • Ağsaqqal Şurası
    • Qadınlar Şurası
    • Gənclər Şurası
    • Nəzarət Təftiş Komissiyası
    • Fəaliyyətimiz
    • Nəşrlərimiz
    • Tədbirlərimiz
  • Azərbaycan
  • Arxiv
    • ASKEF
    • KUMİR
    • SEYMUR TEYMURLU yazır:
    • “Gündəlik-Gürcüstan”
BORCALİ.ORG BORCALİ.ORG

CAVAD CAVADLI: “BÜTÜN İNSANLARA VAR MƏHƏBBƏTİN – MƏDƏD MÜƏLLİM!..”

Posted on 21 Sentyabr 202621 Sentyabr 2026

BÜTÜN İNSANLARA VAR MƏHƏBBƏTİN –
MƏDƏD MÜƏLLİM!..

Əziz dostum,
görkəmli türkoloq,
tanınmış dilçi-alim,
filologiya elmləri doktoru,
рrofessor Mədəd Çobanovun
70 illik yubileyinə

Ellər sevdi səni – aranlı, dağlı,
Günlərin keçsə də qaralı, ağlı,
Ürəyin yenə də torpağa bağlı,
Mədəd müəllim!

Çətində sınmadın, dayandın mətin,
Deməklə tükənməz mehrin, ülfətin,
Bütün insanlara var məhəbbətin,
Mədəd müəllim!

Nəcib işlərində safsan, səlimsən,
Sən gözəl atasan, gözəl alimsən,
Hamının sevdiyi bir müəllimsən,
Mədəd müəllim!

Mehrin, məhəbbətin nə qədər dərin,
Bəlkə də, özündən yoxdur xəbərin,
Səni ata bilir tələbələrin,
Mədəd müəllim!

Memarsan, möhtəşəm sarayın vardır,
Elm dəryasında öz payın vardır,
Kükrəsən, dəli bir harayın vardır,
Mədəd müəllim!

Sevdiyim güllərin butası sənsən,
Şirin arzulara çatası sənsən,
Müşfiq tək oğulun atası sənsən…
Mədəd müəllim!

Dağ kimi qalibsən ömrün qışında,
Cavan bir oğlansan yetmiş yaşında.
Hər zaman olasan məclis başında,
Mədəd müəllim,
Mədəd müəllim!

CAVAD CAVADLI,
Prezident təqaüdçüsü

“Şəрqin səsi” qəzeti, mart, 2007

ZiM.Az

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Baxılıb: 164

AXTAR

©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes