Skip to content
Menu
BORCALİ.ORG
  • Başlanğıc
  • Borçalı
    • Ağbulaq
    • Başkeçid
    • Barmaksız – Zalqa
    • Bolus
    • Borçalı
    • Qarayazı
    • Qaraçop
    • Darvaz
  • Gürcüstan
    • Batum
    • Kaspi
    • Misxeta
    • Qabal
    • Qaracalar
  • Borçalı cəmiyyəti
    • Nizamnamə
    • Yaranma tarixi
    • Struktur
    • Rəhbərlik
    • İdarə Heyəti
    • Ağsaqqal Şurası
    • Qadınlar Şurası
    • Gənclər Şurası
    • Nəzarət Təftiş Komissiyası
    • Fəaliyyətimiz
    • Nəşrlərimiz
    • Tədbirlərimiz
  • Azərbaycan
  • Arxiv
    • ASKEF
    • KUMİR
    • SEYMUR TEYMURLU yazır:
    • “Gündəlik-Gürcüstan”
BORCALİ.ORG BORCALİ.ORG

Səadət Nur redaktor vəzifəsinə təyin olunub

Posted on 27 Aprel 202628 Aprel 2026

TƏBRİK EDİRİK!..

 İstedadlı qələm dostumuz, tanınmış şair və fəal ictimaiyyətçi,  “Borçalı Cəmiyyəti” İctimai Birliyinin Ofis rəhbəri, “Borçalı” nəşriyyatının, “Borçalı” qəzetinin və “Borcali.org” saytının  redaksiya heyətinin üzvü, “Abdulla Şaiq”, “Mədəd Çobanov”, “Qızıl qələm” , “Xarı-bülbül”, “Xurşidbanu Natəvan”, “Zirvə”, “Zəfər”  və s. mükafatların laureatı, “XXI Əsrin Ziyalısı” Fəxri adına layiq görülmüş, eyni zamanda bir neçə dəfə müxtəlif Fəxri fərman və Fəxri diplomlarla təltif olunmuş çox hörmətli Səadət xanım Nur (Səadət Səda Novruzqızı) bu günlərdə  “Borcali.org” saytının redaktoru vəzifəsinə təyin olunmuşdur.

Qeyd edək ki, Səadət NUR NOVRUZLU (Səadət NOVRUZQIZI)
1964-cü il aprelin 1-də qədim Borçalı mahalının
uca dağlar qoynunda yerləşən əsrarəngiz
Başkeçid (indiki Gürcüstan Respublikasının
Dmanisi) rayonundakı Şindilər kəndində
anadan olub.
1981-ci ildə doğma Şindilər kənd orta məktəbini,
1983-cü ildə Gəncə Yüngül Sənaye Texnikomunu bitirib.
Uzun müddət Başkeçidin Yaqublu kəndindəki
texniki peşə məktəbində çalışıb.
1990-cı ildən Bakıda yaşayıb-yaradır.

Beş kitab müəllifidir.  “Məni şeirimdən soruş” (2015), “Payız çiçəyi” (2015), “Ayrılıq havası” (2016) və “Mənim ömür nağılım” (2017) adlı dörd litabı Bakıda,  “Bir qız vardı” (2024) adlı bir kitabı isə Ankarada işıqüzü görüb.
Hazırda altıncı kitabını çapa hazırlayır.

Onu da qeyd edək ki, Səadət Nur Novruzlunun şeirləri
bir sıra mətbuat orqanlarında, ədəbi məcmuələrdə, o cümlədən də,
Müşfiq Borçalının 7 cildlik “Sazlı-Sözlü Başkeçid” kitabında,
5 cildlik “Zirvə” poeziya antologiyasında, eləcə də,
“Canım Azərbaycanım”, “Vətən”, “Sazlı-Sözlü Borçalı”, “Poeziya çələngi”,
“Buta”, “Rəvan”, “Asiman” və s. ədəbi-bədii məcmuələrdə,
ZiM.Az, Zirve.info, Elm.info.az, Zirve.info.az, Zefer.info.az, turan.info.az və s. saytlarda da dərc olunub.

Dəfələrlə qardaş Türkiyədə keçirilmiş simpoziumlarda iştirak edib.

Səadət Nur Novruzlu bir neçə dəfə müxtəlif poeziya müsabiqələrinin qalibi olub,
Fəxri fərman və mükafatlara layiq görülüb.
Anadan olmasının 55 illik yubileyi münasibətilə vətənpərvərlik mövzusunda yazdığı şeirlərinə görə “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun “XXI Əsrin Ziyalıları” Cəmiyyəti ilə birlikdə təsis etdiyi “ZİRVƏ” mükafatı ilə, həmçinin, “Abdulla Şaiq”, “Qızıl qələm” və s. mükafatlarla təltif olunub.

Biz də Borcali.org-ın yaradıcı heyəti adından istedadlı şairə, çox hörmətli Səadət xanımı
yeni vəzifəyə olunması münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..

 

Müşfiq BORÇALI,
ZiM.Az, Borcali.org, Turan.İnfo.Az

.

 

 

Baxılıb: 375

AXTAR

©2026 BORCALİ.ORG | WordPress Theme by Superb WordPress Themes