Əsilən Borçalıdan, Başkeçid (indiki Dmanisi) rayonunun Ormeşən kəndindən olan Məhəmməd Vaqif oğlu Haqverdiyev 1996-ci ildə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonundakı 315 saylı orta məktəbi bitirmişdir. 2014-cü ildə hərbi xidmətə çağrılmış, bir müddətdən sonra Azərbaycan Ordusunun N saylı elit Xüsusi Təyinatlı qüvələrinin kurusunu fərqlənmə diplomu ilə bitirmiş və paralel olaraq 2015-ci ildə Türkiyə Respublikasında Özəl Qüvvətlər kurusunu bitirdikdən sonra bir mütəxəssis kimi Azərbaycana qayıdaraq, Xüsusi Təyinatlı qüvələrində, “Yasmada” bir kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirmiş, Aprel döyüşlərində və 27.09.2020-ci ildə Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Şuşa, Kəlbəcər istiqamətdə gedən döyüşlərdə fəal iştirak etmişdir.
O, Daşaltı əməliyyatında yaralanmışdır.
Yaralanmağına baxmayaraq, ruhda düşməmiş Qələbəyə kimi vuruşmuşdur.
Onun göstərdiyi igidliyə görə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarının sərəncamı ilə “Şücaətə görə”, “Cəsur döyüşçü”, “İgidliyə görə” medallarıyla, eləcə də Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın və Kəlbəcərin azad olunmasına görə medallarla və “Azərbaycan Ordusunun 100 illiyi“ yubiley medalı ilə təltif olunub.
SAĞ OL, VAR OL, ORMEŞƏNLİ MƏHƏMMƏD HAQVERDİYEV!!!….
ALQIŞLAR!!!….
SONSUZ UĞURLAR, MƏHƏMMƏD!!!..
Hörmətlə:
Əlləz Vəliyev (Ormeşənli)
AYB və AJB- nin üzvü,
Prezident təqaüdçüsü