Mənim əziz və dəyərli qardaşım,
sözün əsl mənasında, həmişə dostluq, qardaşlıq, ziyalılıq və xeyirxahlıq simvolu adlandırdığım,
tanınmış iş adamı, sabiq dövlət qulluqçusu və ictimai xadim –
çox hörmətli Əhməd müəllim –
QARAYAZILI GÜLƏHMƏD QƏRİBOV…
Gecə ilə aldığım acı xəbər ürəyimi didim parçaladı…
Hamımız üçün çox ağır olsa da, bu gün səni son mənzilə yola salmaq üçün toplaşdığımız Bakıdakı “Qurd qapısı” qəbristanlığında səninlə vidalaşmağa məcbur olduq…
Axı, hələ bizim necə də gözəl arzularımız var idi…
Avqustun 13-də 65 yaşın tamam oldu… Yubileyini sakitcə özümüz qeyd eləsək də, qərara almışdıq ki, böyük bir təntənəli yubiley tədbiri keçirək… Hər dəfə hal-əhval tutanda deyirdin ki, darıxma, son vaxtlar sən də ağır günlər yaşamısan, inşaallah, həm mən yaxşılaşım, həm də qoy sənin də başın açılsın, görüşüb planlaşdırarıq…
Səni tanıdığım bu 33 ildə vəd etdiyin elə bir söz olmayıb ki, sən onu yerinə yetirməyəydin. Dediyin hər bir kəlmənin ağası idin…
Ani olaraq ötən illər qısa bir zamaında kinolentitək gözlərim önündən gəlib keçdi…
İlahi… nələri xatırladım…
Nələr yadıma düşdü…
Sadalasam, bütün ömrüm bəs eləməz…
Amma… Çox heyiflər olsun ki…
Təkcə bu sonuncu sözünə əməl etmədin…
Bir çox arzuların kimi, sənin yibileyini keçirmək arzumuz da yarımçıq qaldı…
Yubileyin əvəzinə sabah dekabrın 1-də Heydər Məscidində
Böyük Ehsan məclisinə yığışacağıq… Ruhuna dualar edəcəyik…
Niyə bizi belə tez tərk etdin???
Niyə?…
Əlimizdən nə gəlir ki?…
Allahdan sənə rəhmət diləyirik, əziz qardaşım.
Dəyərli övladların Aqilə, Nadirə və Turala isə Başınız sağ olsun deyirik…
Tək bir təsəllimiz var ki, sənin əziz xatirən hamımızın – səni tanıyan insanların qəlbində Əbədi yaşayacaq!..
Ruhun şad, məkanın cənnət olsun, mənim Əziz Əbədiyaşar Əhməd qardaşım…
Hamının sevimli Əhməd müəllimi…
Müşfiq BORÇALI,
ZiM.Az
.