Ça. Noy 28th, 2023

MUROV QARTALI – Əkbər Pənahov

Şəhidlik müqəddəs məqsəd üçün həyatını verməkdir.Bizim üçün vətən,torpaq,şərəf kimi anlayışlar müqəddəsdir və bu müqəddəs dəyərlərimizə hər hansı səbəblə zərər verəcək,dil uzadacaq kimsələrə çəkinmədən müharibə edər,lazım gələrsə canımızı verərik.
Şəhidlik ən yüksək mərtəbələrdən biridir.Bu gün biz bu torpaqlarda xoşbəxt yaşayırıqsa,bizlər üçün ölümün gözünə ölümsüz baxaraq ali  zirvəyə  ucalan şəhidlərin sayəsindədir.

Belə qəhraman oğullardan biri Gürcüstan Respublikası Bilmisi rayonu Babakişilər kəndində 12 avqust 1990-cı ildə dünyaya göz açan Pənahov Əkbər Bəylər oğludur.
Əkbərov bir yaşı olanda ailə Azərbaycana köçür.
Hərbiçi ailəsində böyüyən Əkbər kiçik yaşlarında vətən,yurd sevgisi ilə böyüyür.Xətai rayonunda 269 nömrəli tam orta məktəbdə təhsilini başa vuran Əkbər Pənahov atasının yolunu davam etdirmək üçün  Heydər Əliyev adına Ali  Hərbi Akademiyaya qəbul olaraq təhsilini orda davam edir.Təhsilini bitirdikdən sonra zabit kimi Lənkaran şəhərində “N”saylı hərbi hissədə xidmət edir.Daha sonra isə Ağcəbədi,Füzuli,Murovdağ zirvəsində xidmət göstərib.Müharibədən öncə isə Şəmkir rayonunda Seyfəli kəndində “N” saylı hərbi hissədə Maddi-texniki təminat və təchizat bölüyundə xidmət edirdi.Mənfur düsmənlərin başladığı müharibədə kapitan Əkbər Bəylər oğlu Pənahov dədə- baba torpaqları azad etmək üçün silaha sarıldı.

Əkbərin anası Mayqə Alməmmədova: O bəlkə bilirdi vətən,torpaq uğrunda savaşacaq,ancaq heç nə açıqlamırdı,nə qədər çətinliklər görsə belə biruzə verməzdi.İndi bildik ki,Əkbər bizdən çox torpağı,vətəni sevdi və sevərək də şəhid oldu.
Əkbərov ən böyük arzusu düşmən tapdağında olan torpaqları azad etmək,o torpaqları bütöv görmək idi.Doğmaları deyir ki bu sevgi ona hərbiçi ailəsindən böyüməkdən və atası Bəylər Pənahovun 1-ci Qarabağ döyüslərinin iştirakçısı olmaqdan daha da artıb.
Vətəninə,elinə,obasına o qədər bağlı idi ki,Vətəni anasından da çox sevirdi.
Vətəninə bağlılığı və verilən tapşırıqları qüsursuz yerinə yetirən Əkbər Pənahov 26.06.2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrin 95 illiyi” ,26.06.2018-ci ildə. “Azərbaycan Ordusunun 100 illiyi ” medalı ilə təltif olunur.


Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaətlə döyüsən kapitan Əkbər Pənahov 27.09.2020-ci il tarixdə uyğun düşüb.Uzun müddət davam edən axtarış əməliyyatlarından sonra 10.07.2021-ci tarixində nəşi tapılıb və şəhid kapitan 12 iyul tarixində böyük bir izdihamla 2- çi Fəxri Xiyabanda dəfn edilib.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Pənahov Əkbər Bəylər oğlu “3-cü dərəcəli Rəşadət” ordeni, ” Vətən uğrunda” ,”Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Kapitan Əkbər Pənahov ailəli idi, iki oğul əmanəti var.
Əkbər Pənahovun anası Mayqa xanım  gözlərini oğlunun divarda asılmış rəsminə silərək asta səslə Məmməd Arazın yazdığı şeri pıçıldayır:  Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.

Doğurdanda kapitan Əkbər Pənahov Kəlbəcərin dağlarında,o əl çatmaz qayalarda bir iz qoydu qəhramanlıqla “Ömər Aşrımi” deyilən yerdə şəhidlik zirvəsinə ucaldı.

Vətən Sizi,Siz Vətəni unutmadız.
Zirvəyə ucaldı üçrəngli bayraq,
Kapitan Əkbərim ruhun şad olsun,
Vətənin yolunda sən şəhid oldun,
Göstərdin döyüşdə sən qorxmazlığı.

                ****
İşgaldan azaddır indi Kəlbəcər,
Müzəffər ordumuz zəfərlə yaşa,
Vətənin yolunda sən şəhid oldun,
Vətənim unutmaz  səni ey igid.
****
İgidlər düsmən qan uddurdunuz,
Vətəndə alınmaz qala qurdunuz,
İsti yatağınız o dağlar oldu.
Kapitan Əkbəri kimsə unutmaz…

Raziyə Rzayeva
AYB və AJB-nin üzvü

ZiM.Az