Ca. Sen 21st, 2023

Texnologiya Universitetində payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib

Azərbaycan Texnologiya Universitetində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib.

Universitet rəhbərliyi, dekanlar, kafedra müdirləri və tyutorların iştirak etdiyi yığıncaqda rektor əvəzi dos.Yaşar Ömərov imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan qərargahının yaradıldığını bildirən Y.Ömərov iştirakçılara imtahan prosesində yarana biləcək xoşagəlməz halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ qaydalara uyğun mütəşəkkil təşkil olunması barədə tapşırıqlar verib.

İclasda cari sessiya ilə bağlı İmtahan Komissiyasında aparılan işlərin vəziyyəti də müzakirə edilib.

 

ZiM.Az

 

.