Texnologiya Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov çıxış edib. O 2022-ci ildə universitetin və kollektivin əldə etdiyi uğurlardan bəhs edib, qarşıda duran vəzifələrdən danışıb. Y.Ömərov çıxışının sonunda universitet kollektivini və tələbələri Həmrəylik Günü və qarşıdan gələn yeni 2023-cü il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Daha sonra sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İnzibati idarəetmə və kommersiya kafedrasının dosenti Xədicə Məmmədova, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyev çıxış ediblər.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş videoçarx izlənilib.
ZiM.Az