Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə universitetdə təhsil alan tələbələrin valideynləri payız semestrinin qış imtahan sessiyası ilə yaxından tanış olublar.
Əvvəlcə Azərbaycan Texnologiya Universitetin rektor əvəzi dos. Yaşar Ömərov valideynləri qəbul edərək onları imtahanların təşkili barədə məlumatlandırıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən universitetdə İmtahan Qərargahı və Appelyasiya Komissiyası yaradılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün zəruri tədbirlər görülüb. Bütün korpuslarda təklif və müraciətlər qutusu yerləşdirilib. Y.Ömərov imtahan prosesinin uğurla davam etdiyini bildirib. Məlumat verib ki, 3300 dən çox tələbənin təhsil aldığı Azərbaycan Texnologiya Universitetində qış imtahanlarına 30 dekabrdan start verilib. 1 fevral tarixinədək davam edəcək imtahanlar test və yazılı qaydada keçirilir. Gün ərzində 700 tələbə imtahanlarda iştirak edir. Nəticələr elə həmin gün elan olunur.
Qəbul zamanı valideynlərin fikir və təklifləri də dinlənilib.
Daha sonra valideynlər imtahan zallarını və auditoriyalarını gəzərək imtahanların gedişatını izləyiblər. Kodlaşdırma otağında olaraq yoxlama prosesinin necə şəffaf, obyektiv və sürətli həyata keçirildiyini müşahidə ediblər.
ZiM.Az
.