C. Sen 30th, 2022

Salidə Şəmmədqızı (Şərifova): “Konfrans sevdası”

Konfrans sevdası

Hekayənin şüjetinin əsasını reallıqda baş vermis hadisə təşkil edir. Elnur Hasan Mikailın adı, kontaktları və məktubları dəyişdirilməmişdir.
Müəllif Salidə Şəmmədqızı (Şərifova)

Esmira vərəqlədiyi kitabı yerinə, yəni rəfə qoyaraq, masanın arxasında oturub yazı yazmaqla məşğul olan rəfiqəsindən soruşdu:
– Həcər, bizim Türkiyədə iştirak edəcəyimiz konfransın aqibəti necə oldu?
Esmiranın sualı Həcəri əsəbləşdirdi. Əlindəki qələmi masanın üzərinə atıb Esmiraya baxdı. Sonra başını bulayaraq suala sualla cavab verdi:
– Bilərəkdən edirsən?
Esmira qımışaraq başını buladı. Sonra asta səslə dedi:
– Yox…
Esmira susub Həcərə baxdı. Onun cavab verməyəcəyini görən Həcər dilləndi:
– Nahaq yerə yadıma saldın. Yadımdan çıxarmağa

Konfrans sevdası

Hekayənin şüjetinin əsasını reallıqda baş vermis hadisə təşkil edir. Elnur Hasan Mikailın adı, kontaktları və məktubları dəyişdirilməmişdir.
Müəllif Salidə Şəmmədqızı (Şərifova)

Esmira vərəqlədiyi kitabı yerinə, yəni rəfə qoyaraq, masanın arxasında oturub yazı yazmaqla məşğul olan rəfiqəsindən soruşdu:
– Həcər, bizim Türkiyədə iştirak edəcəyimiz konfransın aqibəti necə oldu?
Esmiranın sualı Həcəri əsəbləşdirdi. Əlindəki qələmi masanın üzərinə atıb Esmiraya baxdı. Sonra başını bulayaraq suala sualla cavab verdi:
– Bilərəkdən edirsən?
Esmira qımışaraq başını buladı. Sonra asta səslə dedi:
– Yox…
Esmira susub Həcərə baxdı. Onun cavab verməyəcəyini görən Həcər dilləndi:
– Nahaq yerə yadıma saldın. Yadımdan çıxarmağa çalışıram.
Esmira rəfiqəsinə sataşmaq üçün dedi:
– Çalış, çalış… Heç 100$ yaddan çıxa bilər?
Həcər rəfiqəsinin onunla zarafat etdiyini anlayıb dedi:
– Sən də məzələnirsən… Onlar bizləri əməlli-başlı doladılar. Pulumuzu aldılar, özümüzə də “gərəksiz gerizəkalı” damğası vurdular.
Esmira rəfiqəsinin belə hirslənməsini istəmirdi. Ona görə asta səslə dedi:
– Çox ürəyinə salırsan, boş ver…
Həcər narazı-narazı başını bulayaraq cavab verdi:
– Esmira, demək asandır. Onlar bizi belə borclu çıxarırlar. Bir bax gör nə yazmışdılar. Diqqətlə qulaq as: “Sayın katılımcılar, Sizden biraz sabırlı olmanızı istiyoruz. Şu anda devletten TİKA’dan kısmi destek sağlandı ve diğer kuruluşlarla destek konusunda üniversite olarak görüşmekteyiz. Destek çalışmaları tamamlanır tamamlanmaz, Biletlerinizi alacağız ve sizinle irtibata geçeceğiz. Şu anda kongre ileri bir tarihe ertelenmiş durumda. Bizden gelecek duyuruyu bekleyiniz. Lütfen bize size ulaşabileceğimiz bir telefon numarası gönderiniz.
Saygılarımla,Yrd. Doç. Dr. Elnur Hasan MİKAİL
TURAN-SAM Kurucu Başkanı
Kafkas Üniversitesi/KARS/T.C.
İktisadi ve İdari Bilimler Fakültesi
Siyaset Bilimi ve Kamu Yönetimi Bölümü
Siyaset Bilimi ve Sosyal Bilimler Ana Bilim Dalı Başkanı
WEB: http://www.turansam.org
TELEFON: +9 (0531) 812 13 61
E-Posta: [email protected]
Həcər başını qaldırıb hələ də ayaq üstdə dayanmış Esmiraya baxdı. Sonra çiyinlərini günah işlətmiş insanlar kimi çəkib kompüterində axtarışa davam etdi. Esmira isə cavab verməyib stulu çəkdi. Həcərlə üzbəüz əyləşdi. Gülümsəyib əli ilə alnını sığallayaraq dedi:
– Haqlısan. Mən yaxşı qurtardım. Elnur 100$ əvəzinə məqaləmi çap etdirdi. Sənin 100$-ın isə batdı. Bilirsən, Elnur Bakıda anadan olub. Orta məktəbi də Bakıda oxuyub. İndi də Türkiyədə “alimlik” edir. Əslində isə Türkiyədə ictimai təşkilat təsis edib, onun vasitəsi ilə alimlik pərdəsi altında xoşa gəlməz məlumatlar toplayır, əsasən də Azərbaycanın Rusiya ilə əməkdaşlığı sahəsində. Alim kimi onu Türkiyədə tanıyan belə yoxdu. İndidə hansısa ucqar bir universitetə adını yazdırıb ki, öz əsil fəaliyyətini alim pərdəsi altında həyata keçirsin.
Həcər yerindən durub pəncərəyə yaxınlaşdı. Pəncərədən görünən mənzərəni seyr edib yavaşca dedi:
– Hələ də yağır. Kəsənə oxşamır.
Sonra dönüb Esmiraya baxıb sözünə davam etdi:
– Haqlısan. Nə deyə bilərəm ki… Şükür olsun ki, sənin pulun batmadı. Heç olmasa məqalən çıxdı. Amma mənim pulum boş yerə batdı. Axşam bəlkə yazdım. Amma özüm utanıram ona nəsə yazmağa. Həm də onun cəsus olması haqqında sənin fikirlərin mənim ona qarşı olan mənfi münasibətimi daha çox gücləndirdi. Vətənin çörəyi-suyu ilə böyüyən, sonra da onu kiminsə ayağı altına atan bir məxluqdan nə gözləyəsən?
Esmira təəccüblə Həcərdən soruşdu:
– Anlamadım, nədən utanırsan? Nə etmisən ki? Elan vermişdilər ki, konfrans keçiriləcək, sən də yazı göndərmişdin. Təşkilat üzvləri də tanınmış simalar idi. Mənimlə bərabər məqalə göndərdin. Rəsmi də hesaba pul köçürdün. İnstitutun hesabına. Burada utanılacaq nə var ki?
Həcər Esmiranın dediklərini təsdiqləyərək dedi:
– Elnur həmişə başımızın altına yastıq qoymuşdu. Onun göndərdiyi email məktublarını oxuduqca bunu necə edə bilməsi bacarığına məəttəl qalıram. Gözlə bir, onun yazdıqlarından birini sənə oxuyum.
Həcər pəncərənin qarşısından uzaqlaşıb, kompüterinin qarşısında əyləşdi. Tələsik nə isə axtarmağa başladı. Axtardığını tapıb rahatlıqla nəfəs aldı. Sonar istehzayla gülümsəyib dedi:
– Gör nə yazmışdır: “Bazılarınız Bildiri Tam Metnini göndermemiş. Bu durumda olanlar varsa, lütfen acilen kongre bildiri tam metnini acilen bize ulaştırsın. Şu anda Devletten TİKA’dan kısmi destek sağlandı ve diğer kuruluşlarla destek konusunda üniversite olarak görüşmekteyiz. Destek çalışmaları tamamlanır tamamlanmaz, Biletlerinizi alacağız ve sizinle irtibata geçeceğiz. Şu anda kongre ileri bir tarihe ertelenmiş durumda. Bizden gelecek bir sonraki duyuruyu bekleyiniz. Bazılarınızın telefon irtibat numarası eksik. Lütfen bize size ulaşabileceğimiz bir telefon numarası gönderiniz. Tam metin ve telefon numaralarını gönderenler bu uyarıyı dikkate almasınlar. Saygılarımla, Yrd. Doç. Dr. Elnur Hasan MİKAİL”
Esmira Həcərin yenə əsəbləşəcəyindən ehtiyat edərək dedi:
– Həcər çox hirslənirsən.
– Yox, yox… Esmira, qətiyyətlə hirslənmirəm. Sadəcə mənə yer edir. Öz Azərbaycanlın səni aldadır. Özü də ziyalıdır. Sənin kimi bir ziyalı… Həm də bir millətin övladı səni aldadır. Birinci dəfədir ki, konfransa material göndərirəm?
Esmira çiyinlərini çəkərək dilləndi:
– Nə deyəcəyimi belə bilmirəm. Haqlısan, birinci dəfə deyil ki, yazı göndəririk?
Həcər yenə əsəbi halda ayağa qalxdı. Otaqda var gəl etdikdən sonra, yenə pəncərənin qarşısında dayandı. Esmira Həcərin sakit-sakit pəncərədən bayırı seyr etməsini görüb dedi:
– Həcər, mənim yadımdan tamam çıxıb. Konfransda iştirak etmək üçün ödədiyimiz pulun hesab nömrəsi kimin nömrəsi idi? Təşkilat komitəsinin yoxsa Elnurun öz adına olan hesab idi?
Həcər əli ilə dodağının üstünü silərək dedi:
– Bilmirəm ki… Elanda göstərdiyi hesaba pul keçirmişdim.
– Vallah, bilmirəm nə deyim. Mat-məəttəl qalmışam. Nə isə. Allah özü kömək olsun. Bəs səndə qalıb hesab nömrəsi? Məndə yoxdu… Yoxsa evdə baxardım.
Həcər sakit-sakit Esmiranı süzdü. Nə isə yadına salmağa cəhd eylədi. Sonra Esmiraya dedi:
– Yadımda deyil. Amma email poçtunda qalmış olmalıdır. Əgər məktubları silməmişəmsə… Bir də ki, nə xeyri? Ödəmişəm… Elnur geri pul qaytarandı, səncə?
Esmira nəyinsə izinə düşmüş bir adam kimi tez dilləndi:
– Bilirəm, o pul qaytarmaz. Bu oyunlardan niyə çıxırdı ki, pulu da geri qaytarsın?
Həcər həvəssiz-həvəssiz kompüterin arxasına keçib email poçtunu açdı. Keçmiş tarixdə göndərilmiş məktublarını nəzərdən keçirməyə başladı. Bir şey əldə edə bilmədiyini görüb hirsləndi. Elnurun email ünvanını email poçtunda axtarışa verdi. Qarşısına çıxan Elnurun məktubları içərisində həmin məktubu tapdı. Dönüb Esmiraya dedi:
– Tapdım. Silməmişəm.
Esmira sevincək halda dedi:
– Əla, tez ol oxu.
Həcər hündürdən oxumağa başladı: “Sayın Katılımcımız, Göndermiş olduğunuz Bildiri Özetiniz Bilim Kurulumuz tarafından kabul edilmiştir. Lütfen en geç 12 Nisan, 2011 tarihine kadar Kongre Katılım Ücreti olan 100$ lık meblağı Aşağıda belirtilen Banka Hesap Numaramıza yatırınız.
Katılım Ücretini ödemeyen katılımcılarımızın Bildirilerini, maalesef Kongre Bildiri Kitabımızda yayımlayamayacağız.
Banka Hesap Ayrıntıları:
Banka Adı: Yapı Kredi Bankası
Uluslararası gönderiler için: Banka swift(BIC) kodu:
YAPITRISXXX
Alıcı adı, soyadı: Elnur Hasan MİKAİL”
Həcər oxumağını bitirib Esmiraya baxdı. Esmira dodaqlarını bir-birinə sıxıb Həcərə baxırdı. Həcərin oxumağını bitirib susduğunu görüb udqundu. Sonra gülümsəyib dedi:
– Onun adına imiş… Yəni təşkilat komitəsinin adına deyilmiş. Bu insan əvvəlcədən bilirmiş atacağı addımları. Daha doğrusu alimləri atacağını. Nə isə… Allah köməyimiz olsun. Amma sən yaz.
Həcər başını bulayaraq dedi:
– Yazmışam, Esmira. Heç bir nəticə vermədi. İstəyirsən bir-birimizə yazdıqlarımızı sənə oxuyum.
Esmira maraq içində soruşdu:
– Əlbəttə də, oxu görüm.
Həcər gülümsəyib, əlini havada yellədi. Sonra Esmiraya dedi:
– Keç kompüterin arxasına, “məktublaşmalarımızı” özün oxu.
Esmira Həcərin yanında əyləşib onun açdığı məktubları diqqətlə oxumağa başladı. Elnur yazmışdı: “- Hörmətli xanım, Esmira İlyasova xanımın məqaləsi bizim jurnalımızın 13-cü nömrəsində nəşr edildi. Mən ona 3 dəfə mail yazmağıma rağmən, o hələ də gedib jurnalını Zaur bəydən almayıb. Zaur bəyin cib telefonu: 050 517 07 80-dir. Bir zəhmət gedib məqaləsi çap olunan jurnalı ondan alsın.”
Esmira dönüb Həcərə dedi:
– Bilirsən, mən zəng etmişdim bu nömrəyə. Amma mənə dedilər ki, birincisi jurnal gəlməyib, ikincisi də jurnala pul ödəmək lazımdır. Jurnalı əldə etmək pulladır. Özü də 50$. Mən də qorxduğumdan pulu vermədim.
Həcər gülümsəyib dedi:
– Pulu jurnalı götürəndə verərdin da…
Esmira qəhqəhə çəkərək dedi:
– Həcər, jurnal yox idi. Pulu əvvəlcədən istəyirdi. Deyir ki, pulu ödə, jurnalı alaq. Aydın oldu? Davamını qoy oxuyum.
Esmira Həcərin Elnura yazdığı cavabı oxumağa başladı: “- Elnur bəy, Esmira İlyasovanın məqaləsinin çap olunmasının mənə nə aiddiyyatı? Lütfən mənin yazımın aqibəti haqqında məlumat verin. Mən məqalə üçün 100$ ödəmişəm. Aqibəti nə oldu ? Nə qədər gozləməliyəm? Tədbirinizi kecirməli olmadınız? Bəs ücrətlər nə olacaq? Qaytaracaqsınız yoxsa o hücrətlə varlanmaq qərarına gəlmisiniz?”
Esmira Həcərə baxıb gülümsədi. Sonra əlini Həcərin çiyninə vurub dedi:
– Əla yazmısan.
Həcər isə gülümsəyib dedi:
– Əla yazmağına əla yazmışam. Amma o da məni təhqir etdi. Bir cavabını oxu. Oxu, oxu…
Esmira diqqətlə Həcərə baxıb tələsik Elnurun cavabını oxumağa başladı: “Sizin bu insanı alçaldıcı davranışlarınızdan və mənə sərf etdiyiniz təhqiramiz sözlərdən sonra hələ konfransa gəlmək fikiriniz varsa mənim daha sizə heç sözüm yoxdur. Mən Türkiyədə dövlət məmuruyam. Sizin bəhs etdiyiniz pulla mən varlanacamsa siz yeqin ki, həyatda Türkiyədə olmamısınız və ya dünyadan xəbəriniz yoxdu. Azərbaycanda oturmusunuz, elə düşünürsüz ki, burda kimsə sizin 100$ ınıza qalıb?”
Esmira Elnurun cavabını oxuyub kinayə ilə gülümsədi. Sonra Həcərə baxdı. Həcər başını bulayaraq dedi:
– Davamını oxu…
Esmira Həcərə heç nə deməyib oxumağına davam etdi. Həcər Elnura yazırdı: “- Bilirəm, sizin bizim kimi adi dissertantların, elm adamlarının puluna ehtiyacınız yoxdu… Buna əminəm. Axı dediyiniz kimi dövlət məmurusunuz. Mənim sizi təhqir və ya tənqid etmək fikrim yoxdur. Sadəcə mən pullarımı sizin kimi qazanmıram. Maaşa işləyən elm adamıyam. Sizə göndərdiyim 100$-ı övladlarımın boğazından kəsib sizə göndərmişəm. Mənim sizə göndərdiyim 100$-a özümün ehtiyacım var. Ümid edirəm ki, mənim pulumu qaytaracaqsınız. Siz Türkiyədə dövlət məmurusunuz. 100$-la da varlanmaq mümkün deyil. Sizin üçün o pul heç nədir? Mən sizin mənə öz 100$-ımı qaytaracağınız halda başqa yerdə yazımın taleyini həll edərəm.”
Esmira Həcərə baxıb gülümsədi. Sonra maraqla Elnurun cavabını oxumağa başladı:”-TURAN-SAM jurnalı, beynəlxalq indeksli elmi jurnaldır və 1 məqalənin dərc etdirmək qiyməti 500$ dır. Sizin məqalənizi 100$a dərc etmişik. Hələ də mənimlə müharibə aparırsız. Sizə daha heç nə demirəm. Sizin məqsədiniz bizə aydın oldu, konferansımızı provokasiya etmək və yaxşı ki, belə erkəndən sizi tanımaq mənə nəsib oldu.
Hələlik…”
Esmira dönüb təəccüblə Həcərə baxdı. Onun sakit-sakit kompüterin ekranına baxdığını görüb soruşdu:
– Bəs o bilmir ki, sənin yazını çap etdirməyib. Özü də sən onun jurnalında çap olunmaq istəyirsən ya yox , bir soruşsun da…
Həcər gülümsəyib əli ilə kompüterin ekranında gəzdirib dedi:
– Baxsan, yazmışam. Elnurun həyasızlığına nə cavab verə bilərəm? Üzünə salıb, pulumu qaytarmır. Həm də, o pulu ödəmək üçün bankda əlavə pul da ödəmişdim. O da əməlli-başlı pul idi. Nə bilim, sözün bitdiyi yer burasıdır.
Esmira cavab verməyib, Həcərin əli ilə göstərdiyi yeri oxumağa başladı: “- Elnur bəy, siz mənim yazımı dərc etməmisiniz. Esmira İlyasovanın yazısını dərc etmisiniz. O da yazı üçün deyil, mənim kimi konfransda iştirak etmək üçün 100$ pul ödəmişdir. Mənlə Esmira İlyasovanı eyni tutmayın. Onun yazısı “Tek Türk alfabesı” adlanır, mənim yazım isə “Politik entegrasyon için ön koşul olarak tek dil ve tek literatür çoğrafyası” adlanır. Siz mənim yazımın, sizə ödədiyim 100$ hesabatını verin.
Elnur bəy!? Xahiş edirəm cavab verəsiniz. Əks təqdirdə sizin işlədyiniz institutun rəhbərliyini, Bakıdakı səfirliyinizi, yəni Turkiyə Cümhuriyyətinin elciliyini və Azərbaycan respublikasının prokurorluq orqanlarını xəbərdar edəcəm. Həmkarım, Esmira İlyasova da mənimlə həmrəydir. Elnur duz edib etməməyinizə onlar qərar verər. Mən sizdən hücrətimi vester unionla gondərməyi xahiş etmimişəm, amma hələ də göndərməmisiniz. Mən sizdən nə tələb edə bilərəm.
Amma siz mənə yazmışdınız ki, “Hecer xanım, konaklama masrafları bize aittir. Ulaşım bedelini ise Türkiye Hükümeti karşılamaya söz verdi. Ama daha belli değil, yani 100% kesin değil. Ayın 15 inden sonra kesinleşecek. Saygılar,” Mən sizin bu təklifin həyata keçirməyinizi gözləyirdm. Amma siz ödədiyim 100$ mənimsəmisiniz. Bu dələduzluqdur. Çünki mən sizə hücrətdən azad olmağımı xahiş etmişdim. Siz isə ücrətin ödənəcəyi təqdirdə aviabilet və qonaqlama haqqlarının təşkilatçı tərəfindən ödəniləcəyinə söz vermişdiniz. Yazdığınız cavabı sizə xatırlada bilərəm: “maalesef, kongre ücretinin azad edilmesi mümkün deyildir. Bilirsiniz ki, bildiri kitabınn neşri üçün metbe-kağız-mürekkeb mesrefleri var…”
Qapının zənginin çalınması hər ikisinin fikirlərini oxuduqları yazıdan ayırdı. Həcər ayağa duraraq dedi:
– Gedək Esmira.
Esmira da ayağa duraraq dedi:
– Daha heç nə yazma Elnura. Dələdüz və xainlə ünsiyyət qurmaq sənə yaraşmaz.
Qapının təkrar aramsızlıqla çalınan zəngi onları söhbətlərini bitirməyə vadar etdi. Hər ikisi həvəssiz-həvəssiz qapıya tərəf addımladılar. Esmira birdən dayanıb qəhqəhə çəkərək dedi:
– Həcər, bu da bizim konfrans sevdamız… Baş tutmayan konfrans sevdamız…
Həcər də Esmiraya qoşulub qəhqəhə ilə gülməyə başladı.

Salidə Şəmmədqızı (Şərifova)
AMEA-nın professoru, filologiya elmləri doktoru,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

ZiM.Az

 

.