Ca. Sen 21st, 2023

Sarvanda (Marneuli) təcili tibbi yardım mərkəzi tikiləcək

Azərbaycanlıların sıx yaşadığı Sarvanda (Marneuli) üç təcili tibbi yardım mərkəzi tikiləcək. Layihə Regionda həyata keçirilən layihələr fondundan həyata keçirilir.

Karapapaqfm “Marneuli” Radiosu-na istinadən xəbər verir ki, bu haqda qərarı yerli bələdiyyə məclisinin keçirildiyi zamanı bildirilib.

Təcili tibbi yardım mərkəzləri Sarvanın üç kəndində, Kurtlar, Sadaxlı və Şaumiyanda tikiləcək. Hər bir layihənin dəyəri 151 348 laridən ibarətdir.