Gürcüstanda üç dəqiqə ərzində iki dəfə zəlzələ baş verdi.
“Marneuli” Radiosunun yaydığı məlumata görə, Milli Seysmoloji Monitorinq Mərkəzinin məlumatına görə, zəzələ birinci dəfə Oni şəhərindən 14 km cənub-şərqdə yerləşən Martqacina kəndində baş verib. Tbilisi vaxtı ilə 5:17-də qeydə alınan zəzələ 5.1 bal gücündə olub.
Saat 5:20-də ikinci dəfə qeydə alınan zəzələ Saçxeredən 8 kilometr uzaqlıqda yerləşən Drbo kəndində olub. Burda isə zəzələ 3.3 bal gücündə müşahidə edilib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.