Bu gün, 20 oktyabr tarixində “LİDER MEDİA” təşkilatının təqdimatı keçirildi. Təqdimat Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən Mirzə Fətəli Axundov muzeyində baş tutdu. Təqdimat əsnasında təşkilatın nəzdində yeni fəaliyyətə başlayan 24news.ge xəbər portalının və 24news Tv internet kanalının haqında da tədbir iştirakçılarına məlumat verildi.
Təşkilatçıların sözlərinə görə, Media qurumun yaradılmasında məqsəd Gürcüstanda baş verən vacib və maraqlı xəbərləri azərbaycan dilində geniş auditoriyaya təqdim etmək, eyni zamanda regionda baş verən xəbərləri gürcü dilində gürcü auditoriyasına çatdırmaqdır.
Onu da əlavə edək ki, 24News.ge 24 saat ərzində, Azərbaycan və Gürcü dillərində, ölkədə və dünyada baş verən aktual və maraqlı hadisələr barədə operativ xəbərlər təqdim edəcək. Bununla yanaşı Media Qurumun nəzdində 24News Tv internet televiziyasıda fəaliyyət göstərəcək. Televiziya xəbərlərlə yanaşı müxtəlif növ maarifləndirici proqramlar yayımlayacaq.
Mənbə: “Marneuli” Radiosu