Gürcüstanda yanvarın birindən pensiya 20 lari artacaq və 200 lari olacaq.
Dəyişiklik 2019-cu ilin büdcə layihəsində nəzərdə tutlub.
Gələn il pensiya təminatı üçün 1.925 milyard lari nəzərdə tutulub. Cari ildə bu istiqamətdə maliyyələşdirmə 1.7 milyard larini təşkil edirdi.
Gürcüstanda pensiya sonuncu dəfə 2016-cı ilin iyulunda 180 lariyə qədər artırıldı.