Bu gün, 25 sentyabr tarixində Marneuli bələdiyyəsində, Avropa İdman Həftəliyi çərçivəsində, müxtəlif idman tədbirləri keçirildi. Səhər saatlarından başlayaraq gün ərzində, Meriya binası ərazisində qol güləşi, gürcü güləşi, yay atmaq və nərtaxta üzrə yarışlar davam edirdi.
Eyni zamanda Marneuli şəhərində, Rustaveli küçəsində qaçış maratonu baş tutdu. Maratonda məktəb şagirdləri və idmanın bu sahəsi ilə maraqlanan şəxslər yarışdılar.
Qeyd etmək lazımdır ki, idman həftəliyi Marneulidə sentyabrın 30 dək davam edəcək və müxtəlif idman növləri üzrə yarışlar planlaşdırılıb.