“Tarixən Gürcüstanda iki yüksək mədəni inkişafa sahib olan millət, Azərbaycan və Gürcü xalqı istər ölkənin iqtisadi inkişafında istərsədə dövlətin qorunmasında çiyin-çiyinə mübarizə aparmışlar. Gürcüstan dövləti daima Azərbaycan mədəniyyətinə diqqət və qayğı göstərir,, bu sözləri “Civil Media” Qrupunun rəhbəri Xəyyam İsayev, martın 24-də “Civil Media” Qrupunun təşkilatçılığı ilə, Heydər Əliyev adına Tiflis Azərbaycan dövlət dram teatırının “Sehirli Papaq” tamaşasından öncə çıxışı zamanı deyib.
“Borçalının Səsi” xəbər verir ki, Bonisi şəhərinin Mədəniyət evində, “Civil Media” Qrupunun təşkilatçılığı ilə, Heydər Əliyev adına Tiflis Azərbaycan dövlət dram teatırının “Sehirli Papaq” tamaşası nümayiş olundu.
Tamaşadan öncə çıxış edən Xəyyam İsayev, “Bu gün Bolnisidəyik, bildiyiniz kimi Gürcüstanımızın hər bir yeriində olduğu kimi Bolnisidə tolerant və multikulural dəyərlərə sahib olan rayondur. Tarixən Gürcüstanda iki yüksək mədəni inkişafa sahib olan millət, Azərbaycan və Gürcü xalqı istər ölkənin iqtisadi inkişafında istərsədə dövlətin qorunmasında çiyin-çiyinə mübarizə aparmışlar. Gürcüstan dövləti daima Azərbaycan mədəniyyətinə diqqət və qayğı göstərir. Bu gün həmin diqqət və qayğının nəticəsi olaraq Azərbaycan mədəniyyəti və teatrı inkişaf edir və bizdə bu gün həmin teatrıni tamaşasını Bolnisi tamaşaçısının önünə çıxarmışıq. Bu gün bu tədbirin ərsəyə gəlməsində bizə dəstək olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Burada iştirak edən gənclərimizə bu tamaşanı izləməyə gəldikləri üçün, dəstək olduqları üçün minnətdaram. Düşünürəm ki, bu gün mən necə qürurluyamsa, bu tamaşanın bolnisidə nümayiş olunmağına necə sevinirəmsə, hər birinizdə mənimlə birgə sevinirsiniz və qürur hissləri keçirirsiniz,,- deyə bildirdi.
“Borçalının Səsi”