„Birgə İştirakla Yerli Büdcənin Planlaşdırılması” layihəsinin yekunlaşdırılması

Marneuli bələdiyyəsinin meri Temur Abazov, Kvemo Kartlinin digər bələdiyyələrin rəhbər şəxsləri ilə birlikdə, Rustavi bələdiyyəsinin „Birgə İştirakla Yerli Büdcənin Planlaşdırılması” layihəsinin hesabat konfransında iştirak etdi.
Konfransda yerli və beynəlxalq təşkilatlar, vətəndaş sektorunun nümayəndələri yer alırdılar.
Konfransda layihə ilə görülən işlər, əldə olunan nəticələr və onların inkişaf perspektivləri müzakirə olundu.
„Rustavi Şəhərində Birgə İştirakla Yerli Büdcənin Planlaşdırılması” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Onun həyata keçirilməsinə 2016 cı ilin martında start verildi. Rustavi Meriyası sözü gedən layihəni, Niderland Krallığının Bələdiyyələr Asossiasiyası və Bələdiyyələrin Beynəlxalq Konsultasiya Mərkəzi ilə əməkdaşlıq əsasında həyata keçirirdi.
Layihənin məqsədi vətəndaşlarla birlikdə şəhər büdcəsinin planlaşdırılması təcrübəsini paylaşmaqdır. Beləliklə vətəndaşlar yerli hakimiyyətinin fəaliyyətində iştirak etmiş olur və qərarların qəbulunda böyük rol oynayır.