Ca. Sen 21st, 2023

Marneulidə Gürcüstanın Sovet İfitaqı tərəfindən işğalı günü Qeyd olundu

25 fevral Sovet İttifaqının Gürcüstanı işğal etdiyi gündür. Bu günlə bağlı Marneulinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tədbir keçirildi. Tədbiri keçirməkdə məqsəd 1921 ci il fevralın 25 də baş vermiş Gürcüstanın faciəvi tarixini və həmin gün həlak olmuş qəhrəmanları yad etməkdir.

Tədbir çərçivəsində gənclər bir daha işğal günün qısa tarixçəsinə nəzər saldılar. Gənc yaradıcılar bu günün faciəli hadisələrini, tədbir iştirakçılarına poeziya və musiqi sintezi ilə nümayiş etdirdilər. Teatral studiyanın “Qırıq Tellər” performansı düzənləndi və “İşğala Yox” adlı videoçarx nümayiş olundu.

Tədbirdə Marneuli bələdiyyəsinin bələdiyyə məclisi sədri Amiran Qiorqadze, bələdiyyə məclisi komissiya sədrləri və deputatlar iştirak edirdilər.