Bugün Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Xocalı faciəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə gənclər, ziyalılar, ictimaiyyət nümayəndələri, KİV və QHT nümayəndələri, iştirak ediblər. Tədbiri giriş sözü ilə açan GAK-ın sədri Hüseyn Yusubov 26- il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam həyata keçirildiyini bildirdi. 613 nəfər vəhşicəsinə qətl edilib. Bunların içərisində yaşlılar, qadınlarda, körpə uşaqlar da olub. Bu qətliam yalnız Xocalı sakinlərinə qarşı deyil bütün bəşəriyyətə qarşı törədilmişdir. Xocalı faciəsi yaxın tarixin yəni XX əsrin böyük faciələrindən biri idi. Hətta ən böyüyü idi desək yanılmarıq. Ancaq nədənsə dünya yaxın tarixdə bu böyüklükdə bir faciəni görməməzlikdən gələrək 1915-ci ildə soyqırım axtarır” deyə davam edib.
Daha sonra, iki çağırış millət vəkili, GAK-ın idarə heyətinin üzvü Ramiz Bəkirov, GAK-ın təsisçilərindən biri Səbinə Talıbova, AMM gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva, GAK-ın fəallarından Rəna Əhmədova, Türkiyəli qonaq İdris Biçeri, Cmedia.ge-nin qurucusu Xəyyam İsayev soyqırımla bağlı fikir bildiriblər.
Sonda iştirak edən gənclər və ziyalılar, belə qərara gəiblər ki, Gürcüstan Azərbaycan və Türkiyə tarixçiləri birgə gürcüstanın ictimaiyyəti qarşısında Xocalı soyqırımı ilə bağlı elmi konfrans versinlər.