İmir kəndində yerləşən neolit dövrunə aid edilən “Kəsik Təpə”adlanan arxeoloji abidənin konservasiyası və orada vizitorlar mərkəzinin inkişafı planı üzrə fəal işlər davam edir
Abidənin qorunub-saxlanması, infrastrukturası məsələləri üzrə Gürcüstan Milli Muzeyi, Milli Mədəni Abidələrin Mühafizəsi Agentliyi, və Marneuli Yerli Hakimiyyəti birgə çalışırlar.
Sözü gedən məsələ ilə bağlı, abidəni Fevralın 22 də, Marneulinin meri Temur Abazov, müavinləri Zaur Tabatadze, Laşa Lobcanidze, Gürcüstan Milli Muzeyi, Milli Mədəni Abidələrin Mühafizəsi Agentliyi, Marneuli Yerli Hakimiyyəti və Toronto universitetinin nümayəndələri ziyarət etdilər.
Görüşdə indiyədək görülmüş işlərlə tanış oldular. Abidənin vəziyyətini dəyərləndirərək, inkişaf strategiyasını müzakirə edərək 2018 ci il üzrə həyata keçiriləsi arxeoloji işləri planlaşdırdılar.
Gürcüstan Milli Muzeyi və Toronto universiteti abidə üzərində arxeoloji tədqiqatları 2016 cı ildən həyata keçirirlər. Dərədə beynəlxalq yay məktəbi fəaliyyət göstərir. Burada gürcü və kanadalı tələbələr praktiki və teorik biliklərini dərinləşdirirlər. Proqramın məqsədi gürcü mədəni abidələrini araşdıran elmlərin-Gürcüstan tarixi və tarixi dissiplinlərin o, cümlədən arxeologiyanın, etnologiyanın və Paleobotanikanın təbliğatıdır.
Bu abidədə kəşf olunan arxeoloji materiallar üzərində aparılan beynəlxalq çoxsahəli araşdırmalar nəticəsində təsdiqlənir ki, burada qəbilələr hələ b.e.ə. 6000-5800 illərdə yəni 8000 il bundan əvvəl şərab hazırlayırdılar.
2014 cü ildən “Gürcü Çaxırı Asossiasiyası”-nın təşəbbüsü ilə və Gürcüstan Hökumətinin dəstəyi ilə Milli Çaxır Agentliyi beynəlxalq çoxsahəli layihə olan “Gürcü üzümü və şərab mədəniyyətinin araşdırılması” rəhbərlik edir.
Gürcüstan Milli Muzeyi və Toronto universitetinin birgə arxeoloji işləri uzunmüddətli əməkdaşlığı nəzərdə tutu. Beləki, 2018 ci ilin mayından əməkdaşlıq yenidən bərpa olunacaq.