Ca. Sen 21st, 2023

Dağlıq Ərazilərdə Yaşayan Şəxs Statusunun Verilməsi Barədə İclas

Bu gün, fevralın 20 də, Marneuli bələdiyyəsinin Meriyasında dağlıq ərazidə daim yaşayan şəxs statusunun verilməsi, əlindən alınması, və bərpası məsələsini müzakirə edən şuranın növbə ilə 33 cü iclası baş tutdu. İclası şuranın sədri Zaur Tabatadze idarə edirdi, orada Marneuli bələdiyyəsinin meri Temur Abazov da iştirak edirdi. O, irəli sürülən mövzuların müzakirəsinə fəal qoşuldu.

İclasda Çanaxçı kəndindən 10 ərizə, Opretdən 1 ərizə, Ağ Körpüdən 1 ərizə və Xocornidən 3 ərizə müzakirəyə qoyuldu. İrəli sürülən ərizələrdən on üçü müsbət dəyərləndirildi. İki ərizə isə əlavə müzakirə lazım gəldiyinə görə növbəti iclasa qaldı.

Sözü gedən şura Marneuli bələdiyyəsində 2016 cı ildən fəaliyyətdədir. Şura dağ ərazilərində yaşayan vətəndaşlara daimi status verilməsini müzakirə edir. Hazırda statistikaya görə dağlıq ərazilərdə yaşayan vətəndaşların 60% status verilib.

Xatırladaq ki, Marneuli bələdiyyəsinin 18 kənd ərazi vahidliyindən 9 kəndə dağlıq ərazi statusu verilib. Bu siyahıya daxildir: Tserakvi, Canxoşi, Opreti, Xoxmeli, Xocorni, Ağ körpü, Ulyanovka və Qudro.

Məlumat üçün bildirək ki, status almaq üçün Meriyaya 2000 nəfər sakindən 1238 vətəndaş müraciət edib. Buradan 1200 vətəndaşa dağlıq ərazidə yaşayan vətəndaş statusu verilib.