Marneuli mbələdiyyəsində “Könüllülər Kuboku 2018” layihəsi üzrə bələdiyyədə mübarizə oyunlarına start verilir.
Gürcüstan Futbol Federasiyası və Gürcüstan Könüllülər Futbolu Asossiasiyasının təşkilatçılığı ilə yaranan idman layihəsi, gürcü futbolunun inkişafı fondu ilə əməkdaşlıqla həyata keçirilir. Oyunlar ümum ölkə miqyasında aparılır. Könüllülər kuboku üç mərhələ ilə-bələdiyyə, bölgə və final oyunları ilə davam edəcək.
Bələdiyyə mərhələsində konkret bir bələdiyyənin komandaları kubok sistemi ilə mübarizə aparacaqlar. Bələdiyyə kubokunun qalibi və bəzi hallarda mükafatçı komandası bölgə liqasında özünü göstərəcək.
Martın 5 dək, ərizə ilə müraciət edən komandalar bələdiyyə mərhələsində iştirak edəcəklər.
Əlavə məlumat üçün ərizəyə əlavə edilmiş qovluğu açın.
Əlaqə yaratmaq üçün zəng edin 599 62 52 62 (Beka Naveriani)
Çempionatın məqsədi:
• Futbol miqyaslarının genişləndirilməsi ;
• Ümum ölkə miqyasında könüllü futbol liqalarının yaradılması;
• İctimaiyyətdə sağlam həyat tərzinin təbliğatı;
• İstedadlı gənc futbolistlərin kəşfi;
• İdman infrastrukturasının bərpası;
• Veteran futbolistlərin futbola qaytarılması;
• Yeni başlayan trenerlər və hakimlərin ixtisaslaşdırılmasına dəstək;
• Beynəlxalq turnirlərdə və UEFA REGIONS’CUP-da iştirak edəcək Gürcüstan Milli Könüllüləri Futbol Yığmasının formalaşdırılması.