Marneuli bələdiyyəsinin meri Temur Abazov müavinləri, bələdiyyə məclisinin sədri Amiran Qiorqadze və Meriyanın müvafiq xidmətlərinin nümayəndələri ilə birlikdə Qullar kənd ərazisində yerləşən Maradis kəndində yeni asfalt qatı salınmış yola baş çəkib.
İnfrastruktur layihəni ziyarət etdikdən sonra Temur Abazov yerli sakinlər ilə görüşdü. Bu il Maradis kəndində planlaşdırılmış layihələr barədə onlara məlumat verdi və sakinlərin ehtiyaclarını dinləyərək öz səlahiyyətləri daxilində yardım edəcəyini bildirdi.
Maradis kəndində əhalinin maraqlarını nəzərə alaraq, yol infrastrukturasını səhmana salmaq məqsədi ilə miqyaslı işlər həyata keçirildi. 1 210 metrlik yol məsafəsi asfaltlaşdırıldı. Layihə yerli büdcənin maliyyə dəstəyi ilə, 168 061 lariyə başa gəlib.