Bu gün, Marneuli bələdiyyəsinin Meriyasında, Temur Abazov müavinləri Zaur Tabatadze və Laşa Lobcanidze ilə birlikdə merin Ərazi Vahidliklərindəki nümayəndələri ilə görüşdü.
Mer iclasda iştirak edən nümayəndələrindən, kəndlərdəki gündəlik vəziyyət barədə ətraflı məlumat alaraq, problemli məsələlərin aradan qaldırılması məqsədi ilə həlli yollarını müzakirə etdi.
Meriyanın iclasında bu il kəndlər üzrə planlaşdırılan infrastruktur layihələrdən də söhbət açıldı.
İşgüzar iclas sual-cavab rejimində keçdi, beləliklə, mer müavinləri ilə birlikdə öz nümayəndələrindən indiyədək həyata keçirilmiş işlər haqqda məlumat alaraq, gələcək planlardan danışdı.