Marneuli meri Maradis kəndində yeni istirahət parkı açıb

Fevralın 15 də, Marneuli bələdiyyəsinin meri Temur Abazov müavinləri, bələdiyyə məclisinin sədri Amiran Qiorqadze və Meriyanın müvafiq xidmətlərinin nümayəndələri ilə birlikdə Qullar kənd ərazisində yerləşən Maradis kəndində inşaası sona çatmış istirahət parkına baş çəkib.
İnfrastruktur layihəyə baş çəkdikdən sonra Temur Abazov yerli sakinlər ilə görüşdü, bu il Maradis kəndində planlaşdırılmış layihələr barədə onlara məlumat verdi və sakinlərin ehtiyaclarını dinləyərək öz səlahiyyətləri daxilində yardım edəcəyini bildirdi.
Qeyd etmək lazımdır ki, infrastruktur layihə üçün məbləğ yerli büdcədən ayrılıb, beləki, 27 819 lari xərclənib. Layihə çərçivəsində əraziyə nəftil hasar çəkilib, dekorativ cığırlar salınıb, küçə işığı dirəkləri, istirahət skamları və çardaqlar, yeniyetmələr üçün volleybol meydançası, kiçikyaşlılar üçün isə oyun güşəsi qurulub.