Marneulinin mərkəzi mədəniyyət evində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığına həsr olunan “Poeziya Günü” keçirilib.
Tədbirdə Gürcüstanın dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və Azərbaycandan gələn qonaqlar, şirkət nümayəndələri, jurnalistlər iştirak edib.
Tədbiri Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusibov açdı.
O, Zəlimxan Yaqub yaradıcılığı haqqında fikirlərini bildirərək gecəyə təşrif buyuran qonaqlara təşəkkür etdi.
Parlamentin Deputatı Ruslan Hacıyev, Bölgə Qubernatoru Qriqol Nemsadze və digər mötəbər şəxslər tamaşaçılar qarşısında çıxış edərək şairi yad etdilər.
Zəlimxan Yaqubun Poeziya günündə Gürcüstan parlamentinin deputatıTamaz Naveriani, Kvemo Kartli bölgə qubernatorun müavini Zaur Darğallı, Marneuli munisipalitetinin mer müavinləri Zaur Tabatadze, Laşa Lobcanidze, Marneuli munisipalitetinin Sakrebulo sədri Amiran Qiorqadze, onun müavini Mamuka Naveriani, Azərbaycan Respublikasının tamsəlahiyyətli səfiri Dursun Həsənov və digər dəvətli şəxslər də yer alırdılar.
Aşıqlar və gənclər şairin yaradıcılığına müraciət edərək şerlərindən parçalar səsləndirdilər.
Xatırladaq ki, Zəlimxan Yaqub 2016 cı il yanvar ayında dünyasını dəyişib.