Fevralın 7 də, Kvemo Kartlidə Dövlət Müvəkkili-Qubernator Administrasiyasında, konsultasiya şurasının növbəti iclası baş tutdu.
İclasda Marneuli bələdiyyəsinin meri Temur Abazov, bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, müavini Mamuka Naveriani və digər bələdiyyənin rəhbər şəxsləri iştirak edirdilər.
Tədbiri adəti üzrə bölgə qubernatoru Qriqol Nemsadze aparırdı.
Şura üzvləri günün planı ilə nəzərdə tutulan məsələləri, o, cümlədən bələdiyyələrdə davam edən və planlaşdırılan infrastruktur layihələri müzakirəyə qoydular.
Bölgədə turizmin inkişafı istiqamətində görüləcək işlərə də nəzər yetirildi.
Qeyd etmək lazımdır ki, Qubernator Administrasiyasının təşəbbüsü ilə, yaxın zamanda məsələ üzrə müzakirələr mövzular əsasında davam edəcək. Bölgə və bələdiyyə rəhbər şəxsləri qarşısında Milli Ərzaq Mühafizəsi Agentliyinin, Kvemo Kartli Bölgə nümayəndəsi çxış etdi. O, sözü gedən sahə üzrə mövcud ehtiyaclardan danışdı.